Günay Zebic (Mehdizadə) (tam adı: Gunay Mehdizadə; d. 18 iyun 1981, Bakı şəh.) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyə və Azərbaycan rəssamı, Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının "Qardaş Məktəb" layihəsinin ideya müəllifi, təşkilatçısı. Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cumhuriyyəti sərvəti kimi dəyərləndirilməkdə olan "Atatürk Portreti" əsərinin müəllifi.

Haqqında Günay İsrail qızı Mehdizadə 18 iyun 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə kompüter proqramlaşdırılması ixtisası üzrə təhsil almışdır.

Rəssamlığa yönəlməsində Azərbaycan yazıçı-publisisti və jurnalisti, "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, bir neçə filmin ssenari müəllifi Sara Oğuz xanım Nəzirovanın mühüm rolu olmuşdur. Günay Mehdizadə Azərbaycanın Əməkdar Rəssamı Bəyimxanım Hacızadə və SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsgər Əsgərov kimi iki böyük sənətkardan 8 ilə yaxın xüsusi təhsil almışdır. Bu istiqamətdə aldığı təhsil və ərsəyə gətirdiyi əsərlər onun peşəkar səviyyəyə çatmasına böyük töhfə vermişdir.Günay Mehdizade Zebic. "İstiklal" resim sergisi. 1–17 aralık 2023. Ken Müzeleri Kompleksi Sergi Salonu. Odunpazarı / Eskişehir. — Buklet Bu gün Günay Mehdizadə rəsmi olaraq Türkiyə və Azərbaycan rəssamı hesab olunmaqdadır. Rəssamın əsərləri Azərbaycan Respublikası Müəllif Haqları tərəfindən qorunmaqdadır. 2011-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2012-ci ildə Günay Mehdizadənin "Milli Qablar" əsəri Dünya Uşaq Ensiklopediyasına qeydə alındı. Rəssamın 2012-ci ildə qələmə aldığı "Novruz" əsəri "Azərbaycan Təsviri Sənətində Tarix və Şəxsiyyət" kitabına salınmışdır.

2013-cü ildə Beynəlxalq yarışmanın qalibi olan Günay Mehdizadə 2014-cü ildə Türkiyədə dördüncü Beynəlxalq Canlı Rəsm Simpoziumunda Azərbaycanı təmsil etdi.

Əsərləri 2013-cü ildə gənc Azərbaycan rəssamlarının Milanda (İtaliya) keçirilən sərgisində böyük tamaşaçı rəğbəti qazanmışdır.Əliyev, Ziyadxan. Müasir bədii baxış milli ənənələrə söykənəndə. //Ulduz .-2014.- sentyabr.- S.67–70. thumb|252.997x252.997px|"Qardaş məktəb" layihəsinə görə təltif edilib. 2014-cü ildə simpoziumda yaratdığı "Nar" əsəri Konyanın Modern Muzeyində sərgilənməkdədir.

2015-ci ildən isə "Atatürk Portreti" əsəri Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cumhuriyyəti sərvəti kimi dəyərləndirilməkdədir.

2017-ci ilin May ayında Bakı Yunus Əmrə İnstitunun təşkilatçılığı ilə İzmir Balçova Bələdiyyəsi və Kardeşlik İşbirliyi Dərnəyinin birgə əməkdaşlığı ilə "Rənglərin Qardaşlığı" layihəsinə rəssam-kurator kimi qatılaraq, iki ölkənin mədəniyyətini, sənətini və qardaşlığını təmsil etmişdir.

2016–2017-ci illərdə Günay Mehdizadə xüsusilə tarixi əsərlər üzərində çalışmışdır. Müstəqilliyimizin 25-ci ildönümü zamanı Ulu Öndər Heydər Əliyevin portretini yaratmağa müvəffəq olur. Daha sonra "Atatürk Dönəmi", "Modern Türkiyə", "Xocalı Soyqrımı" əsərlərini yaratmışdır.

2018-ci il iyul ayında Moskvada Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının üç günlük konfransı keçirilmiş və Günay Mehdizadə Azərbaycanı təmsil etmişdir.

2019-cu il 6 mart tarixində "Fairmont Hotel"in təşəbbüsü ilə, Günay Mehdizadənin ikinci tərz sərgisi olmuşdur.

2019-cu il 23 aprel XIV dəfə keçirilən Beynəlxalq Məktəblərarası Teatr festivalında layihənin Azərbaycan üzrə rəhbəri, tərtibatçısı və dekoratoru Günay Mehdizadənin təşkilatçılığı ilə festival baş tutmuşdur.

2020-ci il 11 iyunda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, tanınmış rəssam Günay Zebicin koordinatorluğu ilə Bakının Qaradağ rayonundakı "Qobu Park-3" yaşayış kompleksində, "Xarı bülbül" Təlim və İstehsalat Birliyində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş "Biz birlikdə güclüyük! / We Are Stronger Together!" adlı tədbir keçirilib.

2021-ci ildə Bakıda Günay Zebiçin (Mehdizadə) layihə rəhbəri, ssenari müəllifi, dekaratoru, personaj kostyumlarının ideya müəllifi olduğu, Türkiyə və Azərbaycanın iki böyük şairini ictimaiyyətə tanıdan "Nizamidən Yunusa: Birlik ilə Baxmaq" adlı teatr tamaşası səhnələşdirib və 7 may tarixində Beynəlxalq Muğam Mərkəzində tamaşaçısız səhnəyə qoyulub. 2022-ci ildə Draqo Ştambukun müəllifi olduğu "Zefir" əsərində G. Mehdizadəyə ithaf edilən "Qədim bədii ənənəyə yeni münasibət" adlı bölmə yer almışdır. Həmin bölmədə Drago Ştambuk Günay Mehdizadənin yaradıcılığını belə qiymətləndirir:

2023-cü ilin dekabrın ilk həftəsində Əskişəhər Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə "Kent Müzeleri Kompleksi" sərgi salonunda "İstiqlal" adlı solo sərgisi baş tutmuşdur. Sərgi Türkiyə Cümhuriyyətinin yaranışının 100-cü ildönümünə həsr edilmişdir. Sərgidə Türkiyə Cümhuriyyətinin qurucusu və ilk rəhbəri Mustafa Kamal Atatürkün gənclik illəri, əsgərlik həyatı və Cümhuriyyətə rəhbərlik etdiyi dövrü təsvir edən əsərlərlə yanaşı 1993–2003-cü illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə ithaf edilən əsərlər də təqdim olunmuşdur.‘İSTİKLAL’ SANATSEVERLERLE BULUŞTU (esyenigun.com)

Hal-hazırda Günay Mehdizadə Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və AMK tərkibində İncəsənət Gimnaziyasının "Qardaş Məktəb" layihəsinin ideya müəllifi, təşkilatçısı və iki dövlətin mədəni əlaqələrinin inkişafı üçün önəmli hesab edilən layihənin baş kuratoru kimi çıxış etməkdədir.

Evlidir.Azərbaycandakı diplomatların ailə üzvləri məcburi köçkünlərə baş çəkib — Report informsiya agentliyi (istifadə tarixi: 27.10.2020)

Təltif və mükafatları 2017-ci ildə 28 may - 1 iyun tarixlərində İzmirdə təşkil edilmiş "Rənglərin qardaşlığı" layihəsində layihə kuratoru kimi verdiyi töhfəyə görə Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. Mudahya İlçə Milli Təhsil müdiri Suat Topal tərəfindən Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə təşəkkürnamə ilə təltif edilmişdir. 2018-ci il, 15 fevral tarixində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyası və Türkiyə Bursa Zəki Müren Gözəl Sənətlər Litseyinin "Qardaş məktəb" layihəsinin ideya müəllifi və baş kuratoru olmaqla iki dövlət, bir millət adına dövlətlərarası təhsil və mədəni əlaqələrin inkişafındakı ölkələrimiz arasında Türk adət-ənənələrinin gənc nəslə çatdırılmasında, türk dünyası mədəniyyət və təhsilin təbliğatı adına əvəzedilməz xidmətlərinə görə mükafatlandırılmışdır. 2019-cu il 5 may tarixində beynəlxalq 14-cü liseylər arası teatr festivalında iştirakına görə Kayseri Böyükşehir bələdiyyə rəhbəri Memduh Büyükkılıç tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. Son 3 ildəki ən yüksək nailiyyətlərinə görə 2020-ci ildə "Azərbaycan qadın mükafatı" fəxri tituluna layiq görülüb. 2021-ci ildə keçirilmiş Yunus Əmrə və Nizami Gəncəviyə həsr edilən "Nizami"dən Yunusa Birlik ilə Baxmaq" teatr tamaşasında ssenarist və rejissor olaraq töhfə verdiyinə görə Bakı Yunus Əmrə İnstitutunun müdiri Selçuk Karakılıç tərəfindən ona təşəkkür elan edilmişdir. 2022-ci il fevral ayının 25-də "Names (adlar)" adlı fərdi sərginin rəssam kuratorluğuna və ictimai fəallığına görə Azərbaycan Rəssamlar İttifaqı və Xətai sənət Mərkəzi tərəfindən diplomla təltif edilib. 2022-ci ilin iyun ayında Hindistanın Azərbaycandakı səfiri B.Vanlalvavna tərəfindən sənəti ilə Hindistanla Azərbaycan arasındakı dostluğun möhkəmləndirilməsindəki töhfəsinə görə təşəkkürnamə ilə təltif edilib.

Günay Zebicin fəaliyyəti fotolarda

Rəssamın fəaliyyətinin mətbuatda əksi Əliyev Z. Müasir bədii baxış milli ənənələrə söykənəndə. Ulduz qəzeti, 2014, sentyabr, s.67–70. Rəsm əsərimin Ankarada Atatürkün ev muzeyində sərgilənməsi qürurverici duyğudur. Müsahibəni apardı: F. Hüseynzadə. Palitra, 2016, 18 iyun, s.7. Əliyev Z. Rəssam Günay Mehdizadənin qədim ənənəyə müasir münasibəti. "Kaspi" qəz., 2017, 25–27 noyabr, s.24. Miniatürün gəncliyi: Rəssam Günay Mehdizadənin qədim ənənəyə müasir münasibəti haqqında. Kaspi qəzeti, 2017, 25–27 noyabr, s. 24 Əliyev Z. Azərbaycanlı rəssamın əsəri "Atatürk evi"ni bəzəyir. Mədəniyyət qəzeti, 2015, 24 iyun, s.13 Əliyev Z. Gənc rəssamın uğurlu axtarışları. 525-ci qəzet, 2014, 23 avqust, s. 18. Günay Mehdizadə: "Canlı rəsm simpoziumları multikultural mədəni dəyərlərin vəhdəti üçün olduqca uğurludur" Müsahibəni apardı: F. Hüseynzadə. Palitra, 2016, 18 iyun, s.7. Əsəri Türkiyə Cümhuriyyətinin sərvəti olan rəssam. Müsahibəni apardı: X. Rəis. Kaspi, 2018, 22 fevral, s.14 Əliyev Z. Günay Mehdizadənin Konya uğuru. Palitra qəzeti, 2014, 10 iyun, s.13. Renklerin Kardeşliği" sergisi açıldı. Hurriyet qazetesi, 2017, 2 haziran Baku hosts exhibition on women | Report.az

Həmçinin bax Azərbaycan Rəssamlar İttifaqı

İstinadlar

Xarici keçidlər Əsəri Türkiyə Cümhuriyyətinin sərvəti olan rəssam Günay Mehdizadə - Ekspozisiyası - Museum Art Əsəri Türkiyənin sərvəti olan azərbaycanlı kimdir? Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində Günay Mehdizadənin əsərləri Rənglərin Qardaşlığı. Dörd dəfə dəsti-xəttim dəyişib – Günay Mehdizadənin müsahibəsi Rənglərin kədər səsi "Mənim üçün janr məhdudiyyəti yoxdur" Can Azerbaycan Gunay Mehdizade ressam tanıtım — video Can Azerbaycan, Günay Mehdizadə rəssam — video "Xarı bülbül"də səfirlərin ailə üzvləri ilə görüş — medeniyyet.az Səfirlərin ailə üzvləri köçkünlər qəsəbəsində — video Family members of ambassadors in the IDP settlement — idp.gov.az Becoming a Better Version of Yourself -azeriobserver.az Günay Mehdizadə Zebiçin Türkiyədə "İstiqlal" sərgisi keçirilib — moderator.az

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan Rəssamlar İttifaqının üzvləri Kateqoriya:Türkiyənin qadın rəssamları Kateqoriya:Azərbaycanın qadın rəssamları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:XXI əsr Azərbaycan qadın rəssamları