İncəbellim - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı.
Mahnı haqqında Mahnının sözləri Anara, bəstə Emin Sabitoğluna, aranjemanı isə Qara Dərvişə aiddir.
Mahnı sözləri İncə donlum yer basmayıb yeriyən, Başım baxtı, evim taxtı, sevgilim. Evdən çıxıb yüyürəndə sərvi boylum, Badam yesə boylu görünər incəbellim, Topuğunda sarmaşanda qarasaçlım. Qoşa badam sığmayan dar ağızlım, Qar üstünə qan dammış tək alyanaqlım. Evdən çıxıb yüyürəndə sərvi boylum, Badam yesə boylu görünər incəbellim, Topuğunda sarmaşanda qarasaçlım, Sevgilim, gözəlim, adaxlım.
Həmçinin bax National Pearls
İstinadlar
Kateqoriya:Qara Dərvişin mahnıları