Filipp Peti (; ) — fransız küçə kəndirbazı.
Yüksək yüksəklikdəki heyrətamiz çıxışları ilə tanınan Filip 7 avqust 1974-cü ilin səhəri Nyu-York şəhərindəki Dünya Ticarət Mərkəzinin Şimal və Cənub əkiz qüllələri arasında uzanan dar kəndir üzərindən gəzintisindən sonra dünya şöhrəti qazanmışdır.
Şousunu yerdən 415 metrdən çox hündürlükdə göstərmək üçün o, 200 kiloqramdan çox ağırlığında bir kabel və təxminən 8 metr uzunluğunda və 25 kiloqram ağırlığında unikal bir balans dirəyi istifadə etmişdir. Filipp 45 dəqiqə kəndirin üzərində qalmış və bu müddət ərzində səkkiz dəfə irəli-geri gəzmişdir. Sevgilisi Anni sonralar xatırlayır:
Filip tamaşadan dərhal sonra polis tərəfindən həbs edildi, lakin məhkəmə Nyu-Yorkun Mərkəzi Parkında uşaqlar üçün pulsuz tamaşa müqabilində bütün ittihamları ləğv etdi.
Nyu-York şəhərindəki Dünya Ticarət Mərkəzinin Əkiz Qüllələri 2700-dən çox insanın həyatına son qoyan 11 sentyabr terror hücumları zamanı yerlə-yeksan edildi. Filipp Peti bu faciəyə böyük ağrı ilə reaksiya verdi və onların yenidən qurulmasına çağırdı: "İki qüllə yenidən səmaya toxunduqda, bütün inşaatçıların kollektiv səsini ifadə edərək, bir daha onların arasında gəzəcəyimə söz verirəm. Bu, bizim hava qələbə mahnımız olacaq!"
2015-ci ildə onun həyatından bəhs edən Gəzinti filmi çəkilmişdir. Filmdə Filipp Petinin obrazını kinoaktyor Cozef Qordon-Levitt canlandırmışdır.
Filmoqrafiya Gəzinti (film, 2015)
Xarici keçidlər Columbia Artists Management Inc. — Philippe Petit
MSA — The Man Who Walked Between The Towers. Co-produced by Michael Sporn Animation and Weston Woods Studios Philippe Petit Signature visible in the 1980s photos of Philippe Petit crossing the Twin Towers along with others Philippe Petit: The journey across the high wire, TED2012, Filmed Mar 2012, Posted may 2012. İstinadlar
Kateqoriya:13 avqustda doğulanlar Kateqoriya:1949-cu ildə doğulanlar