Ərçivanidze — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı.
Toponimkası Yerli əhali içərisində tələffüz forması Ərçivan. Türk dillərində arça (ardıc) sözündəndir. Erkən orta əsrlərdə Albaniyada bir mahal da Arça (ermənicə yazılışı Arçahuni) adlanırdı.(Alban hökmdarı Cavanşirin qatili bu mahaldan idi). Mənbələrdə Gürcüstanda Arçanali məntəqə adı çəkilir.B. Ə. Budaqov. Q. Ə. Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı, "Nurlan" 2008
İstinadlar
Xarici keçidlər lib.az Kateqoriya:Gürcüstan dağları Kateqoriya:Borçalı