– Yaponiyanın paytaxtı Tokio şəhərinin Şibuya rayonunda, Oyama məhəlləsində yerləşən türk məscidi. Yaponiyadakı ən böyük məsciddir. Məscidin əsası Oktyabr inqilabı nəticəsində Rusiyadan gəlmiş başqırd və tatar immiqrantlar tərəfindən 12 may 1938-ci ildə qoyulmuşdur. Əbdürrəşif İbrahimov (həm də məscidin ilk imamı) və Məhəmməd Qabdulxay Qurbanqaliyevin başçılığı altında tikilmişdir.

Tarixi Məscid 12 may 1938-ci ildə istifadəyə verilib. Məscid türk müsəlmanların və yerli yaponların dəstəyi hesabına tikilib. Açılış mərasimində Yəmən şahzadəsi, Səudiyyə Ərəbistanın Londonda olan və kral tərəfindən göndərilən səfiri, Misir kralı tərəfindən göndərilmiş səfir, Mitsuru Toyama, general İvare Matsui, təhsil naziri, Tokioda yaşayan yüzlərlə tatar müsəlmanlar və yaponlar iştirak ediblər. Məscidin tikintisi üçün 120.000 yen toplanılıb və bu məbləğin 20 mini Mitsubishi Bank prezidenti Kiyoşi Seşino tərəfindən verilib. Karnesaburo Yamaşita məscidin ərazisi üçün 1,655 m2 torpaq bağışlayıb. Tikinti işləri 1937-ci ilin oktyabrında Ivlorota Construction şirkəti tərəfindən başladılıb.

1986-cı ildə məscid ağır vəziyyətinə görə sökülmüşdür. Türkiyə Dini Əlaqələr Direktorluğunun dəstəyi ilə 1998-ci ildə yenidən tikilməyə başlamışdır. Bu dəfə tikilinin memarı Muharrem Hilmi Senalp olmuşdur və Osmanlı dini memarlığına xas ornamentlərdən istifadə edilmişdir. Tikintidə 70-ə qədər türk sənətçi iştirak etmiş, mərmərin böyük miqdarı Türkiyədən gətirilmişdir. Tikinti 2000-ci ildə başa çatmış və 1,5 milyar yen sərf olmuşdur. Açılış mərasimi 30 iyun 2000-ci ildə baş tutmuşdur."New Tokyo Mosque opens ", in: The Japan Times, July 1st, 2000.

Haqqında Məscidin sahəsi 734 m² təşkil edir. Bir zirzəmi mərtəbəsi, üç yuxarı mərtəbəsi var, ümumilikdə isə otaqlarının sahəsi 1477 m²-dır. Əsas günbəz 23,25 hündürlüyündədir və 6 sütunla dəstəklənir. Minarəsi 41,48 metr hündürlüyündədir."Japan's largest mosque completed in Tokyo ", in: Kajima News & Notes, Autumn 2000.

Qalereya

Həmçinin bax Yaponiyada İslam Asiya məscidlərinin siyahısı

Ədəbiyyat

İstinadlar

Xarici keçidlər

Rəsmi veb-saytı Tikili haqqında məlumat

Kateqoriya:Yaponiya məscidləri Kateqoriya:Tokiodakı dini tikililər Kateqoriya:1938-ci ildə yarananlar Kateqoriya:2000-ci ildə tamamlanmış məscidlər Kateqoriya:İslam