Kiyev kotleti () — yağda qızardılmış toyuq filesindən, əsasən dairəvi şəkildə hazırlanan kotlet növü.
Ərzaqlar toyuğun döş əti — 2 ədəd kərə yağı — 40 qr. sarımsaq, şüyüd, duz yumurta −2 ədəd suxarı qızartma üçün bitki yağı
Hazırlanması Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducuda dondururuq.
Toyuğun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır. Toyuğun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar.
Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7–8 dəqiqə ərzində frityurda bişirilir.
Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.
Həmçinin bax Kotlet Kroket Bifşteks Şnitsel Tefteli Falafel
Xarici keçidlər Kotlet | Axtarış | Kayzen Видео приготовления котлет по-киевски
Kateqoriya:Kotletlər Kateqoriya:Toyuq xörəkləri Kateqoriya:Rusiya mətbəxi Kateqoriya:Ukrayna mətbəxi Kateqoriya:Sovet mətbəxi