Abbasqulu Abbaszadə (tam adı: Abbasqulu Ağabala oğlu Abbaszadə; ) — Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1953), professor (1953), Rusiya Pedaqoji EA-nın (1957) və SSRİ Pedaqoji EA-nın üzvü (1968).
Həyatı 250px|thumb|Ev Abbasqulu Abbaszadə 1906-cı ildə aprel ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində bənna ailəsində anadan olub. 1916-cı ildə ailəsi ilə birlikdə Təbrizdən Bakı şəhərinə gəlib. O, əvvəlcə birinci dərəcəli məktəbi, sonra isə N.Nərimanov adına Sənaye Texnikumunu bitirib. 1926-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 1930-cu ildə isə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib. Abbasqulu Abbaszadə universiteti bitirdikdən sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun aspiranturasına daxil olub.
Fəaliyyəti Abbasqulu Abbaszadə tələbə olarkən əmək fəaliyyətinə başlayıb. Müxtəlif orta və orta ixtisas təhsili müəssisələrində müəllim kimi fəaliyyət göstərib. O, 1923–33-cü illərdə fizika-riyaziyyat müəllimi olaraq çalışıb. Abbaszadə müəllimılik fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat işləri də aparıb. O, 1931-1933-cü illərdə Azərbaycan Tibb Universitetinin Fizika kafedrasında assistent işləyib.
O, 1938–1969-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Eksperimental və nəzəri fizika kafedrasının müdiri, 1939–1957-ci illərdə Fizika-riyaziyyat fakültəsinin dekanı, 1957–1962-ci illərdə isə elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. Eyni zamanda 1932–1949-cu illərdə SSRİ EA-nın Azərbaycan filialında və Azərbaycan EA-nın Fizika və Riyaziyyat İnstitutunda fəaliyyət göstərib. 1957–1962-ci illərdə "Politexnik təlim" və 1962–1969-cu illərdə "Fizika və riyaziyyat tədrisi" jurnallarının redaktoru olub.
Abbasqulu Abbaszadə 1955–1969-cu illərdə Azərbaycan EA-nın Molekulyar Fizika Problemləri üzrə Şurasının sədri, 1957–1969-cu illərdə Azərbaycan SSR Maarif Nazirliyinin Fizikanın tədrisi metodikası bölməsinin sədri, 1958–1969-cu illərdə isə SSRİ Pedaqoji EA-nın Proqram Metodikası Komissiyasının üzvü olub.
Abbasqulu Abbaszadə 1941-ci ildə namizədlik dissertasiyasını, 1953-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib. O, 1957-ci ilin sentyabr ayında RSFSR PEA-nın, 1968-ci ildə isə SSRİ PEA-nın müxbir üzvü seçilib.
Tədqiqatları Abbasqulu Abbaszadənin tədqiqatları mayelərin istilik keçirmə xassələrinə aiddir. Alim molekulyar fizika, termodinamika və fizikanın orta və ali məktəblərdə tədrisi metodikasını təkmilləşdirib. Mayelər fizikası sahəsində fundamental tədqiqatlar aparıb, elmə mühüm yeniliklər gətirib, elmi məktəb yaradıb.
Professor 200-dən artıq elmi əsərin, o cümlədən 20 kitab, metodik vəsait və monoqrafiyanın müəllifidir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə 100-ə yaxın elmlər namizədi (indiki fəlsəfə doktoru) və doktoru hazırlanıb ki, onların 60-a yaxını alimin özünün aspirant və dissertantı olub. Professor Abbasqulu Abbaszadə alim-fizik, alim-metodist və elm təşkilatçısı kimi tanınıb.
Ölümü Abbasqulu Abbaszadə 1969-cu il fevral ayının 18-də Bakı şəhərində vəfat edib.
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni;
Həmçinin bax Namiq Cəlilov Elmira Kərimova
İstinadlar
Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:SSRİ fizikləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan fizikləri