Gilerme Nunes kimi də tanınan Gilerme Nunes da Silva () — Braziliya təmsilçilərindən olan "Qremio Brazil" klubunda müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Braziliya futbolçusu.
Klub karyerası Nunes Riu-Qrandi-du-Sul ştatının Novo Hamburqo bölgəsində anadan olmuşdur. Gilerme 2014-cü ildə yerli İvoti/Qlobalfut klubundan Santos klubunun akademiyasına cəlb olunmuşdur. 5 noyabr 2015-ci ildə o, klub ilə üç illik peşəkar müqavilə imzalamışdır.
3 fevral 2018-ci ildə Gilerme Nunes baş məşqçi Jair Venturanın istəyi ilə əsas komandaya dəvət almışdır. O, peşəkar karyerasında debütünü on beş gün sonra Kampeonato Paulista liqasında San-Paulu klubuna qarşı oyunda etmişdir. O, Conatan Kopeteni əvəz etmiş və komandası 1–0 hesabı ilə qalib gəlmişdir.
Milli karyerası 16 sentyabr 2015-ci ildə Gilerme Nunes FİFA U-17 Dünya Çempionatında iştirak etmək üçün Braziliya U-17 millisinə dəvət almışdır. O, növbəti il U-20 yığmasına çağırılmış, Yay Olimpiya Oyunlarına gedəcək heyəti müəyyən etmək keçirilən məşqlərdə iştirak etmişdir.
Karyera statistikası
KlubMövsümLiqaŞtat LiqasıKubokKontinentalDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolSantos2018Seriye A00100000—10Ümumi karyera001000000010
İstinadlar
Xarici keçidlər
Nunes Nunes Nunes Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Braziliya U-20 milli futbol komandası futbolçuları Kateqoriya:Santos FK futbolçuları Kateqoriya:Braziliya Seriya B futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri