Quba xan sarayı — Quba xanlarının sarayı.

Tarixi Hüseynəli xan dövründə tikilmiş xan sarayı sonralar bərpa olunmuş və yenidən bəzədilmişdir. Azərbaycanın memarılıq abidələrini tədqiq etmiş İvan Şeblıkinə görə qəşəng bəzəkləri, quruluşu etibarilə XVIII əsr saray tikililərinə xas olan xüsusiyyətləri özündə cəmləşdirmişdir.

1770-ci ildə Qubada olmuş Rusiya Elmlər Akademiyasının akademiki Samuil Qmelin şəhərin və xan sarayının quruluşunun qısa şəkildə təsvirini vermiş və yerli əhalinin dediyinə əsaslanaraq 30 il əvvəl, yəni, 1740-cı ildə şəhərin ətrafının daş hasarla hörüldüyünü göstərmişdi.

Quba xanlarının sarayının memarlığı və planlaşdırma həlli haqqında təəssüf ki, heç bir qrafik material qorunub saxlanılmamışdır. Onun təsvirini yalnız Pyotr Butkovun yazılarında tapırıq:

Şəhərin baş planına görə, Xan sarayından və mərkəzi meydandan üç əsas küçə başlayır. Bu küçələr müxtəlif ölçülü şəhər məhəllələrindən keçərək qala qapılarına doğru uzanır.

Quba xan sarayının yerləşdiyi ərazidə, 1944-cü ilin avqust ayında görkəmli alim, mütəfəkkir və şair Abbasqulu ağa Bakıxanovun yaşadığı binada Quba Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətə başlamışdır. Muzey 2015-ci ilə qədər həmin binada yerləşmişdir.

İstinadlar

Ədəbiyyat

Qeydlər

Həmçinin bax

Quba qalası

Kateqoriya:Azərbaycan memarlığı Kateqoriya:Azərbaycan sarayları Kateqoriya:Quba abidələri Kateqoriya:Quba xanlığı Kateqoriya:Azərbaycan monarxlarının iqamətgahları