Myalityana Klerk (16 noyabr 2001, Ambohitrimancaka, Madaqaskar) — Madaqaskarlı dağ-xizək idmançısı. Myalityana Klerk Madaqaskarı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Klerk Madaqskarı Qış Olimpiya Oyunlarında təmsil edən ilk qadın idmançı olmuşdur. Klerk Madaqaskarda anadan olmuşdur. O, bir yaşında fransız ailə tərəfindən övladlığa götürülmüşdür. O, Fransada xizək sürməyi öyrənmişdir.
Karyerası Myalityana Klerk birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar böyük slalom yarışlarında iştirak etdi. Klerk 2:39.00 saniyəlik nəticəsi ilə 81 atlet arasında 48-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Mənbələr
İstinadlar
Kateqoriya:2018 Qış Olimpiya Oyunlarında dağ-xizəkçiləri Kateqoriya:Qaradərili Fransa idmançıları