Franka Bateliç (; 7 iyun 1992, Riyeka, Xorvatiya) və ya sadəcə Franka — Xorvatiya müğənnisi və bəstəkarı. O, Xorvatiyanın Showtime musiqi yarışmasındakı qalibiyyətindən sonra şöhrət qazanmışdır. Franka "Crazy" mahnısı ilə Xorvatiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Həyatı və karyerası 1992–2006: Erkən illəri Franka Bateliç 7 iyun 1992-ci ildə Xorvatiyanın Riyeka şəhərində anadan olmuşdur. İnqrid və Damir Bateliç onun valideynləridir. Frankanın Nikola adlı özündən yaşda balaca olan qardaşı da var. Nikola Xorvatiyanın "Storm" qrupunda gitaraçı olaraq fəaliyyət göstərir. Franka hələ üç yaşında ikən oxumağa başlamış və ilk öncə "Minicantanti" xorunda solist olaraq yer almışdır.
2007: Karyeranın başlanğıcı 2007-ci ildə Franka Xorvatiyada keçirilən Showtime musiqi yarışmasının dinləmələrində iştirak etmişdir. İlkin mərhələdə italyan müğənnisi Corciyanın "Come saprei" mahnısı ilə ifaçı münsiflər heyəti Jak Hudek, İvana Husar və Boris Banoviçin qarşısında çıxış etmişdir. Yüksək səviyyəli ifaları nəticəsində Franka yarışmanın final mərhələsinədək yüksələ bilmişdir. Dekabrda keçirilən finalda o, SMS səsverməsində bütün rəqiblərindən önə keçərək, qalib gəlmişdir. Nəticədə ifaçı Hit Records albom şirkəti anlaşma əldə etmişdir. Bateliçin yarışmanın finalında ifa etdiyi "Ovaj daj" mahnısı daha sonra sinql kimi satışa buraxılmışdır.
2008–2013: Nailiyyətlər 2008-ci ilin may ayında Frankanın "Ruža u kamenu" adlı ikinci sinqlı təqdim olunmuşdur. İfaçı bu mahnı ilə Xorvatiyada ənənəvi olaraq keçirilən Opatija radio festivalında çıxış etmiş və nəticədə "Pop/Rok" kateqoriyasında ən çox səs toplayaraq, ictimaiyyətin mükafatına layiq görülmüşdür. Franka "Ruža u kamenu" mahnısı ilə Xorvatiyanı Avroviziya Mahnı Müsabiqəsinin rəsmi fan-klublarının təşkil etdiyi OGAE mahnı müsabiqəsində təmsil etmiş və nəticədə 164 xalla qələbə qazanmışdır.
2009-cu ilin yanvarında ifaçının üçüncü sinqlı "Pjesma za kraj" təqdim olunmuşdur. Həmin mahnı ilə Franka Xorvatiyanın 2009 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və 7-ci yerdə qərarlaşmışdır. 2009-cu ilin dekabr ayında Bateliç Xorvatiyanın Ulduzlarla Rəqs yarışmasında iştirak etmişdir. Yarışmada onu peşəkar rəqqas İştvan Varqa müşayiət etmiş və nəticədə cütlük yarışmada qalib gəlmişdir. 2009-cu ildən 2014-cü ilə kimi Bateliçin "Možda volim te", "Moje najdraže", "Na tvojim rukama", "Crna duga", "Ne!", "San", "Pred svima" və "Ljubav je..." sinqlları buraxılmışdır.
2017–hazırda: Geri dönüş 2017-ci ilin noyabr ayında Franka sosial media hesabı vasitəsi ilə yeni sinqlı olan "S tobom" ilə səhnəyə geri döndüyünü təsdiqləmişdir. Mahnı dekabr ayında təqdim olunmuşdur. Daha sonra mahnıya çəkilmiş videoklip yerli telekanallardan birində ilk dəfə yayımlanmışdır.
13 fevral 2018-ci il tarixində Xorvatiyanın HRT telekanalı Franka Bateliçin "Crazy" mahnısı ilə Xorvatiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir.
Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Franka 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 12-ci səhnə almışdır. Nəticədə ifaçı 63 xalla yarımfinalda 17-ci yeri tutaraq, finala mərhələsinə adlaya bilməmişdir.
Şəxsi həyatı Bateliç xorvatiyalı futbolçu Vedran Çorluka ilə birlikdə olduğunu təsdiqləmişdir. O, eyni zamanda LGBT hüquqları fəalıdır.
Diskoqrafiya Sinqllar Mahnı adı İl "Ovaj dan" 2007 "Ruža u kamenu" 2008 "Pjesma za kraj" 2009 "Možda volim te" "Moje najdraže" "Na tvojim rukama" 2010 "Crna duga" 2011 "Ne!" "San" 2012 "Pred svima" "Ljubav je..." 2013 "S tobom" 2017 "Crazy" 2018 "Kao ti i ja" "Ti mi nosiš sreću" "Tajno"
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Xorvatiyada doğulanlar Kateqoriya:Xorvatiya müğənniləri Kateqoriya:2018 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Xorvatiyanın "Avroviziya" təmsilçiləri