thumb|Qozbel balina (Megaptera novaeangliae), Balinakimilər thumb|Dəniz bəbiri (Hydrurga leptonyx), Əsl suitilər thumb| Amerika lamantini (Trichechus manatus), Sirenlər thumb|Dəniz samuru (Enhydra lutris), Dələlər thumb| Ağ ayı (Ursus maritimus), Ayılar right|thumb|Kaliforniya dəniz şiri, Qulaqlı suitilər

Dəniz məməliləri — bütün ömürlərini və ya ömürlərinin bir hissəsini suda keçirən məməlilərdən ibarət olan heyvan növləri. Bəzi dəstələr bütünlüklə su həyatı keçirirlər: sirenlər, balinakimilər, pərayaqlılar — qulaqlı suitilər, əsl suitilər, morjlar. Bundan əlavə Dələlər (dəniz samuru və pişik susamuru) və ayıkimilərə (ağ ayı)Jefferson T.A., Leatherwood S., Webber M. A. (1993): FAO species identification guide. Marine mammals of the world. Rome, FAO. 1993. 320 p. 587 figs. aid bir necə növ daxildir. Ümumilikdə isə məməlilərin 2,7 % (128 növ) bu qəbildəndir.

Dəniz məməliləri əsasən yırtıcılardır və balıq, dəniz məhsulları ilə qidalanırlar.

Dəniz məmnəlilərinin sistemləşdirilməsi Hal-hazırda ənənəvi olaraq aşağıda sadalanan beş qrupa bölünən dəniz məməlilərinin 128 növü vardırHoelzel, A. R. (Ed.) 2002. Marine mammal biology: an evolutionary approach. Oxford: Blackwell Publishing. ISBN 0632-05232-5.

Dəstə Sirenia: Sirenlər Fəsilə Trichechidae: Lamantinlər (3 növ) Fəsilə Dugongidae: Dyoqonlar (1 növ) Dəstə Cetacea: Balinakimilər Alt dəstə Mysticeti: Bığlı balinalar (14 və ya 15 növ) Alt dəstə Odontoceti: Dişli balinalar (73 növ) Dəstə Carnivora: yırtıcılar Pərayaqlılar Fəsilə Phocidae: Əsl suitilər (20 növ) Fəsilə Otariidae: Qulaqlı suitilər (16 növ) Fəsilə Odobenidae: Morjlar (1 növ) Fəsilə Mustelidae: Dələlər Dəniz samuru (Enhydra lutris) Pişik susamuru (Lontra felina) Fəsilə Ursidae: Ayılar Ağ ayı (Ursus maritimus)

Əvvəllər Pərayaqlılar müstəqil Pinnipedia dəstəsinə daxil edilirdi.

İstinadlar

Mənbə Dəniz məməlilərini araşdırma cəmiyyəti Dəniz məməliləri üzrə birlik Dəniz məməlilərini milli araşdırma laboratoriyası Rusiyanın Uzaq Şərq regionunun dəniz məməliləri Dəniz məməlilərinin bərpa mərkəzi

Kateqoriya:Dəniz məməliləri