Hadisələr 21 aprel - Yunanıstanda mühafizəkar hərbçilərin hakimiyyəti öz əllərinə alması, 1952-ci il Konstitusiyasının ləğv edilməsi. * iyun - İsrailin Misir, Suriya və İordaniya üzərinə hücumu. Altıgünlük müharibədə Ərəb dövlətlərinin məğlub olması. İsrail tərəfindən Qəzzə bölgəsinin, Sinay yarımadasının, Şərqi Qüdsün, İordan çayının qərb sahilinin və Suriyanın Colan təpəliklərinin işğal olunması. SSRİ-yə məxsus "Venera-4" avtomatik planetlərarası elmi-tədqiqat kosmik stansiyasının Veneranın səthinə enməsi. 26 yanvar — Azərbaycan müəllimlərinin VIII qurultayının keçirilməsi. 6 noyabr — Bakı metropoliteninin ilk 6 stansiyasının istismara verilməsi. Yevlax-Bərdə-Ağdam dəmiryol xəttinin istifadəyə verilməsi. "Kirpi" jurnalının nəşrə başlaması. Heydər Əliyevin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri seçilməsi. Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki Təbiəti Mühafizə və Ovçuluq İdarəsi əsasında Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinin təşkil olunması. 12 iyun - Naxçıvan Ədəbiyyat Muzeyi açılmışdır.
Doğumlar 5 iyun — Valdis Pelş, latış şoumeni 3 fevral — Yaşar Musayev, mühəndis 20 fevral — Kurt Kobeyn, musiqiçi və "Nirvana" qrupunun yaradıcısı 20 iyun — Nikol Kidman, avstraliyalı kino aktrisası 1 iyul — Pamela Anderson, Kanada əsilli ABŞ aktrisası və fotomodel 18 iyul — Vin Dizel, Amerikalı aktyor 25 iyul — Mett LeBlan, Amerikalı aktyor 26 iyul — Ceyson Stethem, ingilis aktyor 8 avqust — Valeh Əhmədov, aktyor 20 avqust — Rövşən İbrahimov, Naftalan şəhər İcra başçısı 21 avqust — Adilcan Süleyman, uyğur basketbolçu 7 oktyabr — Neffa, İtaliya müğənnisi 16 oktyabr — Zülfiyyə Xanbabayeva, Azərbaycan müğənnisi 28 oktyabr — Culiya Roberts, ABŞ aktrisası 22 noyabr — Mark Ruffalo, Amerikalı aktyor
Ölümlər 30 iyun — Mirzə Mansur Mansurov, tarzən, pedaqoq 14 may — Osvaldo Moles, braziliyalı jurnalist 30 may — İsmayıl Əfəndiyev, Azərbaycan aktyoru və rejissoru 3 oktyabr — Vudi Qatri, amerikalı söz yazarı və xalq musiqisi sənətçisi
1967