Ağdağ — İrəvan xanlığının Göyçə mahalında, indi Kəvər (Kamo) rayonunda dağ.

Toponimkası Oronim qədim Azərbaycan dilində "uca, hündür" mənasını bildirən ağ sözü ilə "düzənlikdən ətəkləri, yamacları və zirvəsi ilə seçilən, dik vəziyyətdə ucalmış, 500 m-dən artıq olan yüksəklik" mənasında işlənən dağ sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir. Adı dəyişdirilib Apitakasar qoyulmuşdur.İbrahim Bayramov Qərbi Azərbaycanın Türk Mənşəli Toponimləri. Bakı- "Elm"-2002

İstinadlar

Kateqoriya:Göyçə mahalı