() — fəsiləsinin cinsinə aid quş növü. Çox nadir, sayı azalmaqda olan növdür. thumb|left|200px|Azərbaycan poçt markası, 2013
Təsviri Ümumi rəngi qara. Dimdiyi və ayaqları qırmızıdır. Qarnı ağdır. Yayılması: Avropa, Asiya və Şimali Afrikada yayılıb. XX əsrin əvvəllərinə qədər Azərbaycanın düzən və dağətəyi ərazilərində geniş yayılıb. Son illərdə Qarayazı Qoruğunda, Talışın, Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində nadir hallarda məskunlaşır. Meşələrin intensiv qırılması nəticəsində Kür-Araz və Lənkəran ovalıqlarında daha yuvalamır.
Yaşayış yeri və həyat tərzi Göllərə, çaylara, sututarlara və digər su hövzələrinə yaxın meşələr yaşayış yerləridir. Azərbaycana nəsil vermək üçün mart ayının əvvəllərində gəlir, sentyabrda köçüb gedir. Yemini balıqlar, az miqdarda suda-quruda yaşayanlar, ilanlar və quşlar təşkil edir. Martda hündür ağaclarda yuva tikir. Yuvaya 2–5, bəzən isə 6 yumurta qoyur.
Sayı XX əsrin birinci yarısında Kür çayının deltası ilə İran sərhəddi (Lənkəran ovalığı və Salyan düzü) arasında çox olub. 1934-cü ildə buradakı yuvalar arasındakı məsafə təsadüfi hallarda 1 km olub. 1980-ci ildə Qarayazı Qoruğunda 10 cütü, 1996-cı ildə 6, 1997-ci ildə 4, 2000-ci ildə 5, 2006-cı ildə 4 fərdi qeydə alınıb. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində tək-tək fərdlərin yaşaması güman edilir. Mövcud şəraitdə tək-tək fərdlərinə rast gəlinir.
Azalma səbəbləri Su-bataqlıq sahələrinin qurudulması, meşələrin qırılması.
Qorunması üçün qəbul edilmiş tədbirlər: Ovlanması qadağandır. Qızılağac, Qarayazı, Turyançay, Zaqatala, İlisu Dövlət Təbiət Qoruqları, Altıağac, Şahdağ Milli Parklarının meşəkolluq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Azərbaycanın Qırmızı kitabına (1989), Bern, Bonn və Ramsar konvensiyalarına, АЕWА sazişinə daxil edilib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər: Yuva sahəsinin toxunulmaz təbii abidə elan edilməsi, televiziya, radio və dövri mətbuat vasitəsilə qorunmasının aktiv təbliği.
İstinadlar
Mənbə AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 112səh, Qara leylək.
Kateqoriya:Azərbaycan quşları Kateqoriya:Qırmızı kitaba düşmüş heyvanlar Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Cənubi Afrika quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Koreyanın təbiət abidələri Kateqoriya:Avrasiya quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar