Ecazkar qadın () — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır.

Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir. Ecazkar qadın (Wonder Woman) başlığı DC Comics tərəfindən, 1986-cı il istisna olmaqla, fasiləsiz olaraq nəşr edilməkdədir.

Ecazkar qadının mənşə hekayəsinə əsasən o, anası Kraliça Hippolita tərəfindən gildən yaradılmış, Afrodita ona can vermiş, Yunan tanrıları isə superinsan gücləri hədiyyə etmişlər. Sonradan DC onun mənşəyini dəyişmişdir; yeni varianta görə Zevs və Hippolitanın qızı olan Ecazkar qadın xalası Antiopa və Menalippe tərəfindən böyüdülmüşdür.

1980-ci illərdə Ecazkar qadına əzələli görünüş bəxş edən rəssam Corc Perez onun amazon mənşəyini xüsusi vurğulamışdır. Ecazkar qadının uşaqlıqdan amazonlar tərəfindən məşq etdirilməsi onda ovçuluq və döyüş bacarıqlarının formalaşmasına səbəb olmuşdur. Ecazkar qadın, Həqiqət qamçısı, qırılmayan qolçaqlar və silah kimi istifadə etdiyi tiaradan ibarət silah cəbbəxanasına malikdir; köhnə hekayələrdə isə onun amazon texnologiyalarına əsaslanan bir neçə başqa silahları da vardır. Ecazkar qadın personajı İkinci Dünya müharibəsi dövründə yaradılmışdır; ilkin olaraq personaj Berlin-Roma-Tokio oxunda, həmçinin rəngarəng supercanilərlə döyüşdə təsvir edilirdi, lakin tədricən onun hekayələrində Yunan mifologiyasından olan personajlar, tanrılar və bədheybətlərə daha çox diqqət yetirilməyə başlayır. Əksər hekayələrdə Ecazkar qadının özünü xilas etməsindən bəhs edilir ki, bu da 1940-cı illərin komikslərində geniş yayılmış "çətin vəziyyətdə olan xanım" stereotipini qırırdı. Debütündən keçən dövr ərzində Ecazkar qadın amazonları məhv etməyə çalışan çoxsaylı düşmən ordusu toplamışdır ki, onların da arasına Ares, Leopard, Həkim Zəhər, Həkim Psixo, Sirseya, Giqanta, daha sonradan isə Veronika Keyl və Först-born daxil olmuşlar. Ecazkar qadın həm də tez-tez Ədalət Cəmiyyəti (1941-ci ildən etibarən) və Ədalət Liqasına (1960-cı ildən etibarən) həsr olunmuş komiks kitablarında görünür.

Müxtəlif medialara uyğunlaşdırıldığına görə, personaj populyar mədəniyyətin ən məşhur fiqurlarından biridir. 1971-ci ildə Qloriya Steynem personajı "Ms." Jurnalının üz qabığına yerləşdirmişdir; 1975–1979-cu illərdə yayımlanmış və Linda Karterin "Ecazkar qadın" teleserialının əsas qəhrəmanı olan personaj, həm də "Super dostlar" və "Ədalət Liqası" animasiya seriallarında iştirak etmişdir. Karterin iştirakı ilə personaj izləyicilərə təqdim edildikdən sonra, personaj müxtəlif oyuncaqlar və digər merçendayzinq məhsullarında təmsil olunmağa başlamış, 2009-cu ildə ona DC tərəfindən çəkilmiş və Keri Rasselin rol aldığı cizgi filmi həsr edilmişdir. Ecazkar qadını televiziyaya qaytarmağa çalışan NBC telekanalı 2011-ci ildə TV pilotu sifariş etmiş, bunun ardınca The CW telekanalı uğursuz layihə başlatmağa çalışmışdır. DC Genişləndirilmiş Kainatında Ecazkar qadın personajını Qal Qadot canlandırır. Qal Qadotun ifasında Ecazkar qadın ilk dəfə 2016-cı ildə "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində görünmüş, daha sonra ekranlaşdırılmış "Leqo film" personajın 75 illik tarixində ikinci animasiya filmi olmuşdur. 2 iyun 2017-ci ildə personaja həsr olunmuş ilk layv-ekşn filmi olan "Ecazkar qadın" təqdim edilmişdir.

Nəşr tarixi

Yaradılması 180px|thumb|right|Ecazkar qadın ilk dəfə "Sensation Comics #1" nəşrinin üz qabığında debüt etmişdir. 25 oktyabr 1940-cı ildə Uilyam Molton Marston "Family Circle" jurnalına verdiyi müsahibədə komiks kitablarının böyük potensialını müzakirə edir. Bu müsahibə komiks naşiri Maks Geynsin diqqətini cəlb edir və o, Marstonu sonradan DC Comics adı altında birləşən National Periodicals və All-American Publications üçün təhsil məsləhətçisi vəzifəsinə təyin edir. Marston çoxdan yeni superqəhrəman yaratmağı arzulayırdı; Marstonun həyat yoldaşı Elizabet yeni qəhrəmanın qadın olmasını təklif edirdi.

O zaman artıq poliqrafı kəşf etmiş alim kimi məşhur olan Uilyam Molton Marston kobud güc və ya silahla deyil, sevginin gücü ilə qalib gələn superqəhrəman yaratmaq arzusunda idi. Marston ideyasını Geynsə deyir. Bundan sonra, ideyaları üzərində ciddi çalışan Marston Ecazkar qadını yaradır. O, personajı həmin dövrün qeyri-ənənəvi azad qadını kimi təqdim edir. Ecazkar qadının qolçaqlarını isə o, həmin dövrdə cütlüklə (Marstonlarla) poliamor münasibətdə olan və birlikdə yaşayan Oliv Birnin qolbaqlarından ilhamlanaraq çəkir. Marstonun imzası ilə Ecazkar qadın "All Star Comics #8"-də (üz qabığı tarixi dekabr/yanvar 1941/1942, çıxarılıb: oktyabr 1941) debüt edir.

Marstonun kəşf etdiyi qan təzyiqini ölçən sistolik aparat poliqrafın (yalan detektoru) kəşfində həlledici rol oynamışdı. Marstonun poliqrafla keçirdiyi təcrübələr göstərir ki, müəyyən hallarda qadınlar kişilərdən daha dürüst olurlar və bu onların daha effektiv işləməsinə imkan verir.

Marston Ecazkar qadını, cəmiyyəti idarə etməli olan (onun fikrincə) ideal sevgi lideri kimi dizayn etmişdi.

"Ecazkar qadın, mənim fikrimcə, dünyanı idarə etməli olan yeni qadın tipinin psixoloji təbliğatıdır" Marston yazır. "The American Scholar" jurnalının 1943-cü il nömrəsində Marston qeyd edir:

Marston bondaj və submissiyanı "dəyərli alicənab təcrübə" kimi təqdim edir. Marston, Ecazkar qadının "Afrodita qanunu" ilə bağlı zəifliyindən yazaraq, onu "İtaət qolçaqları" ilə əlaqələndirir. Lakin, onun yaradıcılığı və ideyaları ilə bağlı hər şey aydın şəkildə izah edilmədiyindən vaxt keçdikcə bu fikirlər yazıçılar arasında fikir qarışıqlıqlarına səbəb olmuşdur. 180px|thumb|right|Ecazkar qadına həsr edilmiş ilk müstəqil komiks xətti olan "Ecazkar qadın#1" nəşrinin üz qabığı, 1942.

Qızıl dövr İlkin olaraq amazonlar arasında çempion olan Ecazkar qadın, təyyarəsi amazonların gizli adasında qəzaya uğramış ABŞ kəşfiyyatçı zabiti olan Stiv Trevoru "İnsanların dünyası"na qaytarır və nasistlərin cinayətləri və qəddarlıqları ilə mübarizə aparır.All Star Comics #8 (October 1941)

Bu dövrdə Ecazkar qadın komanda katibəsi kimi Amerikanın Ədalət Cəmiyyətinə qoşulur.All Star Comics #12 (August/September 1942)

Gümüş dövr Gümüş dövründə, Robert Kanigerin yazıçılığı ilə digər bir çox personajlar kimi Ecazkar qadının da mənşə hekayəsi dəyişdirilir.Wonder Woman (vol. 1) #98 (May 1958) Yeni mənşə hekayəsi personajın ellin və yunan mənşəyini gücləndirir: hər bir tanrının xeyir-duasını alan Dayana "Afrodita kimi gözəl, Afina kimi müdrik, Herakl kimi güclü və Hermes kimi sürətli" oldu.Wonder Woman (vol. 1) #105 (April 1959)

1960-cı illərin sonunda Mayk Sekovskinin rəhbərliyi altında Ecazkar qadın insanların dünyasında qalmaq üçün amazonların aləmindəki səlahiyyətlərindən imtina edir. Ecazkar qadın Dayana Prins ləqəbindən istifadə etməyə başlayır. O, İ Çinq adlı köməkçi götürür və ondan döyüş sənəti, həmçinin silah istifadə etməyi öyrənir. Gücləri ilə yanaşı döyüş sənətini də istifadə edən Dayana casus hekayələrindən mifologiyaya kimi müxtəlif macəra hekayələrində iştirak edir.Wonder Woman #179 (1968) Onun hekayələrinin bu mərhələsi Böyük Britaniya casus trilleri "Qisasçılar"da Dayana Riqq tərəfindən canlandırılmış "Emma Pil" obrazına təsir etmişdir.Mayk Sekovskinin "Biz hamımız Dayana Riqqi və onun rol aldığı serialı sevirdik" sözləri Les Daniels tərəfindən sitat gətirilir, Wonder Woman: The Complete History (Chronicle, 2004), p. 129.

Bürünc dövr 1970-ci illərin əvvəllərində personaj öz köklərinə qaytarılaraq İkinci Dünya müharibəsi dövrü və Amerikanın Ədalət Cəmiyyəti komandası ilə işləməyə başlayır.Wonder Woman Vol 1 #204 Lakin bu, ehtimal ki, həmin dövrdə yayımlanan teleserialın məşhurluğu ilə bağlı idi, belə ki, serialda hadisələr İkinci Dünya müharibəsindən 1970-ci illərə keçirildikdən sonra, komikslərdə də hadisələrin dövrü yenidən dəyişdirilir.

Yeni dövrün başlaması ilə DC prezidenti Canet Xan Ecazkar qadının xarici görünüşünü təkmilləşdirməyi tapşırır. DC-nin 1977-ci ildə qəbul edilmiş loqosunun müəllifi olan rəssam Milton Qleyzer stilləşdirilmiş "WW" loqosunu dizayn edir, personajın korsajındakı qartalı əvəz edən bu loqo 1982-ci ildə təqdim edilir. Studiya hüsn-xəttçisi Todd Kleyn tərəfindən təqdim edilmiş, bir aylıq hüquqa malik loqo bir il yarım tətbiq edildikdən sonra Qleyzer studiyasının loqosu ilə əvəzlənir. 1985-ci ildə satışların aşağı düşməsindən sonra, Cerri Konvey tərəfindən yazılmış və Stiv Trevorun Ecazkar qadınla evlənməsini təsvir edən #329-cu buraxılışdan (fevral, 1986) sonra nəşr dayandırılır.

"Sonsuz dünyalarda böhran" krossoveri əsas DC personajlarının qırılmaz qarşılıqlı xəttini qaydaya salmaq üçün yazılmış, beləliklə Stiv Trevor və Ecazkar qadının Earth-Two kainatından gəlməsi bildirilmişdir ki, bununla da onların bütün keçmiş hekayə və uğurları silinmiş, beləliklə Ecazkar qadın prioritetə çevrilmişdir.

"Sonsuz dünyalarda böhran" krossoveri əsas DC personajlarının qırılmaz qarşılıqlı xəttini qaydaya salmaq üçün yazılmış, beləliklə Stiv Trevor və Ecazkar qadının Earth-Two kainatından gəlməsi bildirilmişdir ki, bununla da onların bütün keçmiş hekayə və uğurları silinmiş, beləliklə Ecazkar qadın prioritetə çevrilmişdir.

Müasir dövr 200px|thumb|left|Ecazkar qadın, IV cild, #47 Harley's Little Black Book hekayə xəttində Harli Kuinin Ecazkar qadını öpməsi. 1985-ci ilin "Sonsuz dünyalarda böhran" seriyasından sonra Corc Peres, Len Veyn və Qreq Potter personajın mənşə hekayəsini yenidən yazaraq onu Femiskiranın xarici dünyaya sülh gətirmək üçün göndərilmiş emissarı və səfiri kimi təsvir edirlər. Peres Ecazkar qadının mənşə hekayəsinə, eləcə də digər hekayələrinə Qədim Yunan mifologiyasından bir çox tanrılar və digər personajları əlavə edir. Onun təqdim etdiyi personaj gildən yaranma hekayəsini geniş təqdim etdiyinə görə, Ecazkar qadının müasir hekayələrinin əsasında durmuşdur. Təqdimat tənqidçilər və oxucular tərəfindən müsbət qarşılanmışdır.

2010-cu ilin avqustunda (nəşr #600) Maykl Strajinski seriyanın yenidən yayılmasını öhdəsinə götürərək, Ecazkar qadının alternativ xronologiyasını təqdim etdi: həmin xronologiyada Cənnət adası tanrılar tərəfindən dağıdılmış, amazonlar isə dünyanın müxtəlif yerlərinə səpələnmişdirlər. Həmin xronologiyada Dayana Nyu-Yorkda böyümüş yetimdir. Bütün dünya Ecazkar qadının kimliyini və qəhrəmanlıqlarını unudub, o özü isə yaxşı xatırlamadığı keçmiş həyatını bərpa etməyə çalışır. Ölüm ilahəsi Morriqan Ecazkar qadının əsas düşməni kimi çıxış edir. Bu versiyada Ecazkar qadın Cim Li tərəfindən dizayn edilmiş yeni kostyumda təqdim olunur. Strajinski süjeti müəyyən edir və #605 nömrəyə kimi hekayələri yazmağa davam edir; daha sonra, #614 nömrəyə kimi Ecazkar qadın hekayələri yazıçı Fil Hester tərəfindən davam etdirilir.