Seyid Hüseyn Nəsr (; ) — İran filosofu, Corc Vaşinqton Universitetinin İslam araşdırmaları və tədqiqatları institutunun direktoru.
Həyatı Seyid Hüseyn Nəsr 1933-cü ildə İranın Tehran şəhərində doğulmuşdur. Əsli Kaşan şəhərindəndir. Onun ana babası Şeyx Fəzlullah Nuridir. Seyid Hüseyn Nəsr ozamankı mədrəsə dərslərinin kənarında Fransız dilinidə mükəmməl öyrənmişdir.
Yaradıcılığı Cavanlıq Yaşlarında Amerikaya təhsil üçün getmişdir. Massaçusets Texnologiya İnstitutunda Fizika ixtisasında bakalavr almışdır. Harvard Universitetində Fəlsəfə və elm tarixi ixtisasında Magistr və Doktorantura medafiə etmişdir. Sonradan İrana qayıtmış və Tehran Universitretinin müəllimi və Ədəbiyyat institutunun müdiri olmuşdur. Sonradan Şərif Texnologiya Universitetinin qurucusu və ilk rektoru olmuşdur. İran İslam İnqilabından sonra o yenidən Amerikaya qayıtmışdır.
Əsərləri Əsərləri fəlsəfə, mistika, ənənəçilik və modern dünya fəlsəfəsi haqqındadır. Seyid Hüseyn Nəsr müsəlmanın öz imanı ilə hətta bütöv Qərbə qarşı dura biləcəyi fikrindədir: "Çökməkdə olan gizlin azmaq zəncirindən qurtulmağın bir tək yolu vardır. Bu da İslamın hər cür şərtlərin fövqündə olan dəyişməz və sonsuz səbəblərinə inancla bağlanmaq və sonra da bu səbəbləri müsəlmanların qarşısına çıxan hər cür vəziyyətə və onları irəli aparan hər cür dünyaya uyğunlaşdırmaqdır.Seyid Hüseyn Nasr. İslam ve Modern İnsanın Çıkmazı, s. 172
Həmçinin bax Tehran Universiteti
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XX əsr filosofları Kateqoriya:İran filosofları Kateqoriya:İslam filosofları Kateqoriya:Edinburq Universitetinin müəllimləri Kateqoriya:İslam tarixi Kateqoriya:ABŞ filosofları Kateqoriya:XXI əsr filosofları Kateqoriya:Farslar Kateqoriya:İrandan ABŞ-yə mühacirət edənlər