Lyon üsyanı () — 1793-cü ilin iyunundan noyabrına qədər davam etmişdir. Bu üsyanın səbəbi jirondistlər və montanyarlar arasında mübarizənin qızışması idi. Beləki, jirondistlər Lyonda hakimiyyətə gəlir və Respublikaya olan bağlılıqlarını bildirirlər, lakin Parisdə olan yakobinlər və montanyarlar onlara qarşı çıxırlar.

İqtisadi böhranla üzləşən bir şəhər 1789-cu ildə Lyon əhalisinin sayının 100.000 keçməsinə görə Parisdən sonra Fransadakı ən böyük şəhər idi. Şəhər bankçılıq, ticarət və istehsal üçün regional bir mərkəz olmuşdu. Məşğulluq baxımından onun aparıcı sənayesi ipək toxuculuğu idi, belə ki, əhalinin üçdə bir hissəsi bu fəaliyyətlə məşğul idi. 1789-cu ildə ipək toxuculuğu bütün Fransanı iqtisadiyyatını əhatə edən böyük iqtisadi böhranda idi. Bu şəhər ingilis yazar Artur Yunq tərəfindən ziyarət edilir və o qeyd edirdi:

Vergi üsyanları 1789-cu ilin iyununda və 1790-cı ilin iyulunda baş verir. Xalq ümid edirdiki, Silklər Məclisinin 1789-cu ildəki toplantısından sonra ticarət oliqarxlarının vergi imtiyazları aradan qaldırılacaq, amma bunun əksinə olaraq oktrua vergisi vasitəsilə əsas yük yenə də aşağı təbəqənin üzərinə düşürdü. Bununla birliktə, seçkilər oktruanı dəstəkləyən yerli hökuməti dəstəklədi və bu da üsyanların başlamasına səbəb oldu. Vergi məsələsindəki qarşılıqlı anlaşılmazlığın davam etməsi problemi müşayiət edən yeni həyəcanlanmalara səbəb oldu, Lyonun ən varlı bir neçə insanının evlərinin axtarılması və ağır vergi şərtlərinin davam etməsi üsyanlara gətirib çıxartdı.

Bu sosial münaqişələr Jak İmbert-Kolomenin rəhbərliyi altındakı keçmiş royalist elit təbəqəni siyasətçi Jan Mari Rolan rəhbərliyindəki yerli sənayeçiləri əhatə edən inqilabçı vətənpərvərlərlə üz-üzə qoydu. Sosial miqyasda dəyişiklik etmək üçün, kiçik miqyaslı iş yerləri ən az maaş alan işçilərinin həyat şəraitlərini çətinləşdirən vergilərə qarşı idilər və beləliklə işçilər özlərini onların mənafelərini qoruyan müdirlərinə daha yaxın hiss edirdilər.

1790–1793-cü illər müxalifəti thumb|Lui Fransua Perrin de Presi. Lion üsyançılarının rəhbəri. Rəsm Jan Jozef Dassi tərəfindən çəkilmişdir. 1790-cı il sentyabr ayı ərəfəsində şəhərin işçi sinfi aktivistləri "Konstitusiyanın dostları birliyi" adlanan 32 təşkilat yaratdılar. Onlar "İnqilab dostlarının birliyi" kimi burjua inqilabçı birliklərinə qarşı idilər. "İnqilab dostlarının birliyi"nin üzvləri "aktiv vətəndaşlar", "Konstitusiyanın dostları birliyi"nin üzvləri isə "Konstitusiyanın dostları" adlanırdı və Yakobin klubları ilə əlaqəli idilər. Bu dövrdə "Mərkəzi Klub" adlanan bir komitə yaradılmışdı hansı ki, bütün siyasi kəsimlərdən olan şəxslər buradan toplantı nöqtəsi kimi istifadə edirdilər. "Mərkəz Klubu" əvvəllər jirondistlər tərəfindən idarə edilirdi, lakin sonralar klubun idarəsi montanyarlara keçdi.Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 689–690.

Rona və Luara bölgəsinin rəhbərliyi konstitusiyalı kral tərəfdarlarının hakimiyyəti altında idi. Jirondist Vitet Lyon şəhərinin bələdiyyə rəhbəri seçildi. Montanyarların rəhbərlik etdiyi "Mərkəzi Klub" yerli hökumət tərəfindən atılan addımlara ciddi şəkildə qarşı çıxdı.Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 690.

1792-ci ilin yazında "İnqilabçı könüllülər birliyi" Marseldən Parisə getdilər və bu da Lyondakı ruh halını daha da radikallaşdırdı. Yerli istehsalçı olan Rolandın Parisdə Daxili İşlər Naziri kimi fəaliyyət göstərdiyi dövrdə səkkiz zabit və dörd rahib öldürülür.

1792-ci ildə Vitet Milli Konventə seçilir və onun yerinə Lyon bələdiyyəsinə Nivier - Şol göndərilir. İqtisadi durğunluqla qarşı-qarşıya qalan məclis xalqdan hər kəsin öz sərvətinə uyğun şəkildə ümumi olaraq 3 milyon frank şəklində kredit istədi. Bu burjuaziyanı qəzəbləndirsədə kral tərəfdarları buna razı oldular.

Şalierin "Mərkəzi klubu" 1793-cü ilin fevralında İnqilab Məhkəməsinin yaradılmasına çağırışlara başladı. Bələdiyyə başçısı bu fikri dəstəkləmədi və ordunu səfərbər etdi və beləliklə məşhur bir üsyanın yaranmasına səbəb oldu. Daha çox zaman keçdikcə üst və alt sinif arasında düşmənçilik daha da artdı. Bundan sonra Şalier fanatik olaraq tanınmağa və yuxarı siniflərə qarşı çox radikal siyasətə malik olmağa başladı. Onun ən məşhur ifadəsi "aristokrat, mülayim və kral tərəfdarı ifadələrinin işlənildiyi hər şeyi dağıda bilərəm"dir.Baron Thugut and Austria's Response to the French Revolution"FRUSTRATIONS, 1795". 1987 Jozef Şalierin həddən artıq radikalizmi və Lyon şəhərinin qarışıq siyasi vəziyyəti yakobinlərin burada gücə malik olmasına mane olurdu. Böhrandan qurtulmaq üçün bələdiyyə başçısı Şol istefa etti və yenidən seçildi. Bundan əlavə Şalierin müttəfiqləri və ona qarşı olanlar "Mərkəz klubu"na müxalif olan "Xalqlar Birliyi"ni yaratdılar. Bələdiyyə başçısı Şol yenidən istefa etdi və onun yerinə seçkilərdə Şalierin müttəfiqi olan Antuan Mari-Bertranda qalib gələn Emmanuel Jiliber seçildi. Lakin Dumurenin xəyanəti barədə xəbərlər yayıldıqdan sonra Jiliber vəzifəsini davam etdirə bilmədi və onun yerinə 1793-cü il 9 martda Bertrand seçildi. Bu şəhər zalının Çarlinin fraksiyası tərəfindən idarə edildiyi 80 günlük müddəti başlatdı. 1793-cü il martın 14-də bələdiyyəyə aid çörəkçinin yaradılması radikal tədbirlərinin genişlənməsinə şərait yaratdı. Burada satılan mallara vergi qoyuldu və işçi kimi könüllü əməyindən istifadə edilməyə başlanıldı. 1793-cü il 8 apreldə 7 nəfərdən ibarət Lion İctimai Təhlükəsizlik Komitəsi yaradıldı. İnqilabi yolda irəliləməyə davam etmək istəyən "Mərkəzi Klub" may 4-də gilyotinin qalıcı olması və "İnqilabi Məhkəmənin" yaradılması barədə yenidən təklif verdi. Onlar həmçinin sabitliyi qorumaq üçün yaradılmış Milli Qvardiyanın yerinə İnqilabi Müşahidə Komitəsi və İnqilabi Ordu Komitəsinin yaradılması ilə bağlı çağırış etdilər və zənginlərdən məcburi pul toplamağa başladılar. Bir neçə gün sonra 1793-cü il 14 mayda bələdiyyə məclisi zənginlərdən yığılacaq pullar vasitəsilə İnqilabi Ordunun və 6 milyon franklıq fondun yaradılması ilə bağlı səs vermə keçirtdi.Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 690–691.

Həm də şöbə, rayon və kommuna üzvlərinin yığıncaqlara qatılmaları ilə bağlı hər gün iclas keçirirdilər. Bu son tədbir bir qarşı hücuma səbəb oldu. Nəticədə bu görüşlərdə iştirak edən əksəriyyət 14 may bələdiyyə qanununa qarşı çıxdı. Bu vaxt Parisdə jirondist Şasset, inqilabi hökuməti bölgələrdə yaradılan qeyri-adi məhkəmələrdən qaynaqlanan qanunların ləğv edilməsinə razı sala bildi. Lyonda yaşanan hadisələr Albitt, Dubua Kranse, Qotie və Nioşe kimi dörd millət vəkilini bura göndərən milli hökuməti çox həyəcanlandırırdı. Beləliklə onların bütün şübhələri öz təsdiqini tapdı və 14 may qanunu səs vermə nəticəsində qüvvədən endirildi.Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 691.

Şalierin məğlubiyyəti Mayın 29-da Arsenal binasında toplaşan fərqli qruplar ordu tərəfindən zəif mühafizə olunan radikal bələdiyyə idarəçiliyini dəyişmək qərarına gəldilər. Milli hökumətin iki nümayəndələri Qotie və Nioşe gəldilər və mühafizə edildilər. Gecə boyunca Şalierin partizanları həbs edildi və onun yerinə rəhbərliyə müvəqqəti olaraq Benami adlı biri gətirildi. Ertəsi gün Koindr adında bir adam bələdiyyə başçısı oldu və hakim Amper Jozef Şalier və onun yoldaşlarının mühakimə olunmasına dair təlimat aldı.

Bu vaxt paytaxtda hadisələr sürətlə irəliləyirdi. 1793-cü il 31 may — 2 iyun hadisələri Parisdəki ekstremistlərin təzyiqi ilə jirondistlərin hökumətdən çıxarılmaları ilə nəticələndi. Yeni ekstremist milli hökumət Liondakı hadisələri mərkəzi hökuməti təhdid edən daha geniş yayılmış jirondist üsyanının bir hissəsi kimi gördü. 1793-cü ildə Lion bələdiyyə rəhbərlərinin Fransanın cənubundakı Marsel, Bordo və Nim kimi "üsyankar şəhərlər"lə əlaqə qurmaları bu narahatlıqlara əsaslı səbəb oldu. Lion nümayəndələri Milli Konventin Parisdə baş tutacaq iclasına alternativ olaraq potensial bölücü bələdiyyələri və bölgə rəhbərlərini Burjda toplantı keçirməyə razı saldı. Bələdiyyə Presi qrafının rəhbərliyi altındakı kral tərəfdarlarından, Klermon-Tonner qrafı olan Stanislas rəhbərliyindəki aristokratlardan, Virieu qrafı və de Melon rəhbərliyindəki əskərlərdən formalaşan on minlik bir orduya sahib oldu.

Milli Konvent Lion rəhbərliyi ilə razılığa gəlmək üçün Robert Lindeti göndərdi, lakin o Arsenal binasında Lion rəhbərliyinin razılığa gəlməyəcəyini anladı. 1793-cü il 30 iyunda yaxın bölgələrdən göndərilən nümayəndələr "Rona və Luara bölgəsinin ictimai təhlükəsizliyini təmin etmək üçün Respublika Xalq Komissiyası"nı yaratdılar. Milli Konvent 1793-cü ilin 12 – 14 iyulunda onun qəbul etdiyi qanunlara qarşı olan Lion hökuməti barədə bir sıra qərarlar qəbul etdi. Birottonu qanundan kənar elan etdilər, Lion rəhbərliyini vəzifələrindən kənarlaşdırdılar, əmlaklarını müsadirə etdilər və İnqilabi Alp ordusuna Lionda respublika qanunlarını bərqərar etməyi tapşırdılar.

1793-cü il iyulun 16-da Şalier haqqında ölüm hökmü verildi. Ertəsi gün o gilyotin vasitəsilə edam edildi, bundan sonra 1793-cü ilin mayında Kommuna qoşunlarına rəhbərlik edən Ryard Şalierin Higgins adlı partizanı tərəfindən həbsxanada öldürüldü və yerli montanyar liderlərindən biri küçədə sui-qəsd vasitəsilə öldürüldü. Eyni zamanda şəhər rəhbərliyi içərisində orta respublikaçılar getdikcə royalistlər (kral tərəfdarları) tərəfindən əvəzləndilər.

Lionun mühasirəsi thumb| Lionun mühasirəsi Kellerman rəhbərliyindəki Alp ordusu Lion rəhbərliyinin yenidən qurulması ilə bağlı əmr aldığı vaxtda Savoyada Pyemontlara qarşı mübarizə aparırdı, lakin yeni vəzifəsini yerinə yetirməsi sadəcə bir aydan 1793-cü ilin avqustun 10-dan sonra başladı. İki gün sonra üsyançı dəstələr iki hissəyə ayrıldılar: bunlardan biri çayın qərbində yerləşən və mərkəzi Feurs olan Luar dəstəsi, ikincisi isə şərqdə yeləşən Rona dəstəsi idi. Bir həftə sonra 21 avqustda Paris hökuməti İctimai Təhlükəsizlik Komitəsinin üzvü və Robespyerin yaxın dostu olan Corc Kutonun rəhbərliyi altında xüsusi bir dəstəni Liona göndərdi. Ertəsi gün inqilabi ordu bombardmana başladı. Sentyabrda Lion mühasirəyə alındı və 1793-cü ilin 29 sentyabrında şəhərin cənub-qərb tərəfində Sainte-Foy qalası məhv edildi.

Oktyabrın 3-də Kuton Lion əhalisini təslim olmağa çağırdı və oktyabrın 7-ə qədər atəşkəs imzalandı. Şəhəri idarə edən insanlar müəyyən danışıqlar nəticəsində, Presi müxalifətinin fikirlərinə önəm verməyərək hökumətlə razılığa gəldilər. Eyni zamanda, müdafiə olunanların Saint-İrene və Saint-Just qalaları məğlub edildi.

Ertəsi gün səhər saatlarında Presi Lyonun şimal-qərbindəki Vaise adlı bölgədən qaçdı və İsveçrəyə sığındı. Şəhərin mülki rəhbərləri günorta saatlarında hökumət nümayəndələrinə təslim oldular.

11 oktyabrda hökumət nümayəndələri şəhər divarlarının məhv edilməsi barədə qərar qəbul etdilər. Hökumətin idarə heyətində yer alan Barer Lion şəhərinin adının dəyişdirilib Ville-Affranchie (Azad edilmiş şəhər) qoyulması və şəhərin keçmiş strukturunun ləğv edilməsi barədə qərar ilə çıxış etdi. Zənginlərin bütün mülkləri dağıdılacaqdı, sadəcə olaraq yoxsulların evlərinə, sürgünə göndərilmiş vətənpərvərlərin evlərinə, sənaye müəssisələrinə və abidələrə toxunulmayacaqdı. Lionun qalıqları üzərində şəhərdəki etdiyi günahları və royalistlər tərəfindən verilən cəzaları özündə əks etdirən bir sütun asılacaqdı və burada: "Lion azadlığa qarşı müharibə apardı, Lion artıq yoxdur!" yazılacaqdı. Dağıdılması nəzərdə tutulan 600 evdən sadəcə 50-si həqiqətən məhv edilmişdi.

Repressiya thumb|Jozef Fuşe