Nicat Qafur oğlu Mustafayev (Nicat Qafuroğlu) (15 iyun 1984, Kürdəmir, Azərbaycan SSR, SSRİ) — Azərbaycan kinorejissoru, ssenaristi və telejurnalisti.

Həyatı 1984-cü ildə Azərbaycanın Kürdəmir rayonunda, ziyalı ailəsində anadan olub."Özünü kəşf et". Almanax-2 . almanax2.wordpress.com, 03.03.2012. 2001–2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin psixologiya ixtisası üzrə bakalavr,Falçıları ifşa edən Azərbaycan filmi . kulis.az, 13.06.2014. 2006–2008-ci illərdə isə magistr təhsili alıb.

2002-ci ildə bir qrup gənc jurnalistlə "Gənclər üçün" adlı qəzet təsis edib. 2003–2005-ci illərdə "Ədalət" gündəlik ictimai-siyasi qəzetdə müxbir kimi fəaliyyət göstərib.

2005-ci ildə müsabiqə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin xəbərlər departamentində müxbir kimi fəaliyyətə başlayan Nicat Qafuroğlu, 2006-cı ildən redaktor, 2007-ci ildən böyük redaktor və xəbərlər proqramının aparıcısı kimi fəaliyyət göstərib. "Gənclik meydanı" verilişinin müəllifi və aparıcı olub.

2010-cu ildə "Biz Production" MMC-ni təsis edib və 2014-cü ilə qədər bu müəssisəyə rəhbərlik edib. 2010–2011-ci illərdə "Milli musiqilərin ekranlaşdırılması" layihəsini həyata keçirib. Layihə çərçivəsində unudulmaqda olan 16 aşıq musiqisi yenidən lentə alınıb və klip formatında ekranlaşdırlıb. Azərbaycanın xalq artisti Mələkxanım Əyyubovanın ifasında "Mən necə bağban olaram", muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyevin ifasında "Nar ağacı, nar çiçəyi" mahnılarına klip çəkib. 2011–2013-cü illərdə "Ultionis" tammetrajlı bədii filmini ekranlaşdırıb. Rasim Balayev, Həmidə Ömərova, Sabir Məmmədov, Səidə Quliyeva və başqa görkəmli Azərbaycan aktyorlarının iştirakı ilə çəkilən filmin ssenari müəllifi və quruluşçu rejissorudur.

2014–2016-cı illərdə Azərbaycanın ilk xəbər televiziyası Türkel TV-nin baş redaktoru olub. Həmçinin "Gündəm" gündəlik analitik-informasiya proqramının müəllif-aparıcısı olub. 100-lərlə araşdırma televiziya reportajının müəllifidir.

2016–2017-ci illərdə Aran Film Yaradıcılıq Mərkəzində rejissor kimi fəaliyyət göstərib. 2018-ci ilin oktyabrında ARB 24 televiziyasının baş prodüseri vəzifəsinə təyin olunub.

Mükafatlar 2011-ci ildə "Aranda bir gün" adlı sənədli ekran əsəri ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi turizm filmləri festivalında "Ən yaxşı etnoqrafik film" nominasiyasında qalib olub.

Filmoqrafiya Aranda bir gün (film, 2008) — quruluşçu rejissor, ssenari müəllifi və operator Ultionis (film, 2013) — ssenari müəllifi və quruluşçu rejissor Məcbur (film, 2013) — ssenari müəllifi və quruluşçu rejissor Sarıbaş (film, 2017) — ideya və ssenari müəllifi Daşla danışan adam (film, 2017) – ssenari müəllifi və rejissor Hələ axşam olmayıb (film, 2017) – ssenari müəllifi və rejissor

İstinadlar

Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları Kateqoriya:Kürdəmirdə doğulanlar