Qofman adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir.

Yerləşməsi Qofman adası arxipelaqın şimal-şərqində yerləşir. Rayner adasından 7 km şərqdə, La-Ronser adasından 17 km şimal-qərbdə qərarlaşır.

Təsviri Ada bərabər olmayan dairəvi formaya malikdir. Suqrobov burnu ilə (şərqində) Andre burnu (qərbində) arasında məsafə 13 kilometr, eni isə 3 km-dir. Böyük hissəsi buzla örtülüdür.. Buzdan azad olan hissələrdə qayalıqlar müşahidə edilir. Maksimal hündürlüyü 64 metrdir. Adanın şimsal sahillərində çoxlu sayda kiçik ada vardır.

Tarixi Ada 1874-cü ilin aprelində Avstriyalı topoqraf və qütb araşdırmaçısı Yulius Payer tərəfindən kəşf edilmişdir. Ada tanınmış rus geoloqu, coğrafiyaçısı, mineroloq və səyyahı Ernest Qofmanın şərəfinə adlandırılmışdır.

Xəritə Xəritə

İstinadlar

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları