Aleyna Tilki () — Türkiyə müğənnisi. 2016-cı ilin avqustunda "Cevapsız Çınlama" mahnısı ilə Türkiyədə tanınmışdır.

Həyatı və karyerası Aleyna Tilki 28 Mart 2000-ci ildə Konya şəhərində dünyaya gəlib. Anası Of, Trabzondan , atası isə Konyadandır. "Yetenek Sizsiniz Türkiye" yarışmasına qatılması ilə ilk dəfə televiziyada debüt etdi. 2016-cı ilin avqustunda türk bəstəkarı və aranjmançısı Əmrah Qaradumanın "Cevapsız Çınlama" adlı mahnısında vokal olaraq yer aldı. Mahnının yutubda yayımlanan klipi Türkiyədə 2016 - cı ildə ən çox izlənilən video klip oldu, və bir ildə 300 milyondan çox izlənmə topladı. Beləliklə ən çox izlənilən türk musiqi klipi oldu. Mahnı isə "MusicTopTR" rəsmi siyahısında 2-ci yerə qədər qalxdı. Tilki, 2017 - ci ilin iyununda, ilk solo mahnısı olan, "Sen Olsan Bari"ni yayımladı və Türkiyədə eyni siyahıda 1 nömrə oldu.

Yetkinlik dövrünə çatmadığı halda ilk canlı çıxışlarını içki satılan məkanlarda verdiyi üçün, cəmiyyətin və dövlətin bir hissəsi üçün qınaq nöqtəsinə çevirdi. 2016-cı ilin noyabrında Diyarbəkirdəki konserti zamanı, məkana iki əl işi səs bombası atıldı.

Diskoqrafiya

Mahnılar

" Cevapsız Çınlama" ( Əmrah Qaraduman ilə ) (2016) " Sen Olsan Bari " (2017) "Yalnız Çiçek" ( YıldzTilbenin Ulduzlu Mahnıları ) (2018) " Dipsiz Kuyum " ( BombarDuman ) (2018) "Sevmek Yok" ( BombarDuman ) (2018) " Nasılsın Aşkta (2019)" " Yalan " (2020) "Retrograde" (2021) "Sır" (2021) "Aşk Ateşi" (2022) "Diamonds" (2022) (Jübel ilə)

Filmoqrafiya

Televiziya

Yetenek Sizsiniz Türkiye (2014)

Reklam

FuseTea (2018) Cornetto (2019)

Mükafatlar və nominasiyalar İl Tədbir Kateqoriya Namizəd Nəticə Mənbə 2016 Radyo Aydın Musiqi Mükafatları İlin Dueti "Cavabsız Çınlama" 2017 Qızıl Kəpənək Mükafatları Ən Yaxşı Çıxış Edən Aleyna Tilki Ən Yaxşı Klip"Sen Olsan Bari" İlin Müğənnisi 2018 Qızıl Kəpənək Mükafatları Ən Yaxşı Pop Qadın Aleyna Tilki 2020 Qızıl Kəpənək Mükafatları Ən Yaxşı Qadın Müğənni Aleyna Tilki

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türk müğənnilər Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XXI əsr Türkiyə qadın müğənniləri Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyə müğənniləri