Kaspiosoma xulu () — Eyni adlı cinsinin nümayəndəsidir.
Morfoloji əlamətləri Başı yuxarıdan basıqdır. Hündürlüyü təqribən 1,5 dəfə enindən azdır. İri fərdlərdə alının eni adətən gözün diametrindən xeyli böyük olur. Bədəni bel tərəfdən xırda-boz və ya qonur xallarla örtülüdür. Bəzi yerlərdə onlar birləşərək iri köndələn zolaqlar (sarıqlar) əmələ gətirir. Onlardan iki iri zolaq daha səciyyəvidir. İrəli əyilmiş bu zolaqlardan birinci bel üzgəcinin arxa hissəsini əhatə edir, o biri isə ikinci bel üzgəcinin yarısını tutur. Uzunluğu 5 sm-ə qədər olur.
Yayılması Qara, Azov və Xəzər dənizlərində, eləcə də onlara tökülən çayların aşağı axarlarında yayılmışdır. Azərbaycan sahillərində Samur-Yalama sahəsində seyrək rast gəlinir.
Yaşayış yeri və həyat tərzi Dib həyatı keçirir. Bentik onurğasızlarla, yosunlarla qidalanır.
Çoxalması Cinsi yetginliyə 1 yaşında çatır. Məhsuldarlıq 20–65, maksimum 181 kürü təşkil edir. Kürüləmə çayların qumlu və zəif bitki örtüyü ilə örtülü olan (dərinliyi 0,5–0,8 m) çayların yuxarı və aşağı hissələrində baş verir. Kürüsünü iyun ayının sonu avqustun əvvəllərində molyuskaların çanağının altına tökür. Orda özünə yuva düzəldir. Yuvanı erkək fərd qoruyur.
Təsərrüfat əhəmiyyəti Vətəgə əhəmiyyəti yoxdur, həvəskar balıqçılar tərəfindən ovlanır.
Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 145.
İstinadlar
Kateqoriya:Xəzər dənizi balıqları Kateqoriya:Avropa balıqları Kateqoriya:1877-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Rusiya balıqları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Rumıniya balıqları Kateqoriya:Ukrayna balıqları Kateqoriya:Benthophilinae