Dəspinə xatun və ya Maria Paleoloqina — Elxanilərin xatunu, Bizans imperatoru VIII Mixailin qızı.
Həyatı left|thumb|Monqolların Müqəddəs Məryəm kilsəsi İstanbuldakı məscidə çevrilməmiş az sayda kilsələrdən biridir. XIII əsrdə doğulub. İmperator Mixailin qeyri-qanuni övladı idi.O Monqollara gəlin göndərilmək üçün şəxsən atası tərəfindən seçilmişdi.Steven Runciman (1987) [1952-1954]. A History of the Crusades 3. Penguin Books. ISBN 978-0-14-013705-7, səh. 320 Bacısı Noğay xanla evli idi.Aleksandr van Milligen (1912). Byzantine Churches of Constantinople. London: MacMillan & Co, səh. 272 1265-ci ildə Konstantinopolu tərk edən Mariya yolüstü Hülakü xanın öldüyünü öyrəndi. Əvəzində oğlu Abaqa ilə evləndirildi. 1282-ci iləcən İranda yaşayan Mariyaya monqollar Dəspinə xatun ləqəbi vermişdilər.
Dul həyatı Əhməd Təkudar xanın hakimiyyətə gəlməsindən sonra Konstantinopola qayıdan Mariyanı bu dəfə qardaşı II Andronik 1307-ci ildə Abaqa xanın nəvəsi Məhəmməd Olcaytu ilə evləndirmək istədi. Lakin Osmanlı ordusunun Kiçik Asiyadakı fəaliyyətləri buna imkan vermədi. Mariya bundan sonra "Qanlı Kilsə" olaraq bilinəcək Monqolların Müqəddəs Məryəm kilsəsində rahibə həyatı başladı. Özünə Melaniya adını aldı və orada vəfat etdi.
Ailəsi
Abaqa xanla evliliyindən Araçatlun adlı qızı olmuş, onu Bizansa apararaq Teodora adı ilə böyütmüşdü.Rüstəm Şükürov, Byzantine Turks, 84
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yunanlar Kateqoriya:Bizans tarixi Kateqoriya:Elxanilər Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:XIII əsrdə doğulanlar Kateqoriya:XIII əsrdə vəfat edənlər