Plateya döyüşü () — e.ə. 479-cu ildə baş verən Yunan-İran müharibələrinin ən böyük quru döyüşlərindən biridir. Döyüş Beotiya ərazisindəki Plateya adlı kiçik şəhərdə, Kiteron dağının ətəklərində baş vermişdir.
Plateya döyüşündə fars ordusu sarsıdıcı məğlubiyyətə uğradı. Spartalı Pavsaninin rəhbərlik etdiyi Yunan ittifaqının ordusu düşmən qüvvələrinin demək olar ki, hamısını praktik olaraq məhv etdi. Plateya döyüşü Ellada ərazisində işğalçıların — Kserksın rəhbərlik etdiyi Əhəməni imperiyasının quru qüvvələrinin tam məğlubiyyətinə gətirib çıxardı.
Müxtəlif antik mənbələrə görə yunanların itkiləri nisbətən az idi, onların itkisi bir neçə yüzdən on min əsgərə qədər təxmin edilir.
Mənbələr left|200px|thumb|Vyana parlamentinin qarşısında Herodotun müasir heykəli Plateya döyüşünü təsvir edən və bu günə qədər gəlib çatan əsas mənbə, Herodotun "Tarix"inin IX kitabdır. "Tarixin atası" öz əsərinə "mənim vəzifəm bütün olanları söyləməkdir, amma əlbəttə ki, hər şeyə inanmaq lazım deyil və bu qayda mənim bütün tarixi əsərlərimi izləyəcək."Herodot. Tarix VII. 132 kimi yanaşması bəzi tənqidlərə səbəb olur. "Tarix" əsərində məlumatların etibarlılığı fərqlidir. Fərqli hekayələr novella və əfsanələrə aid edilə bilər. Həmçinin, Herodot üçün siyasi tendensiya da yad deyildi. Afinada yaşayanlar, farslar üzərində qəti qələbəyə onun da qatılmasını çox yüksək qiymətləndirirlər. O, Sparta haqqında yazarkən, müharibədəki xidmətlərini inkar etmir. Fivin ümumhellin işində xəyanətkarlara məxsus olmasını isə, xüsusilə inkar edirdi.
Ktesi müəyyən əlavələr edir, eyni zamanda, özünü Herodotla qarşı-qarşıya qoyur.И. В. Пьянков. Ктесий как историк . // Античная древность и средние века. — 1975. — № 11. — С. 52–57. O, irsi həkim olaraq farslar tərəfindən əsir götürülmüş və son nəticədə Əhəməni hökmdarı II Artakserksın sarayına dəvət olunmuşdur. Əhəməni hökmdarının şəxsi həkimi olan Ktesi arxiv materiallarına girişmək imkanı əldə etmiş olur. Vətənə qayıtdıqdan sonra "Fars tarixi" () əsərini yazır.
Ktesi həm antik, həm də müasir tədqiqatçılar tərəfindən tənqid olunur. Aristotel, Feopomp, Strabon, Lukian və Plutarx onun verdiyi məlumatların qeyri-dəqiq və uydurma olduğunu qeyd etmişlər. Müasir tarixçilər Ktesinin rəsmi fars salnamələrindən istifadə etməsi faktını şübhə altına alırlar.Дьяконов И. М. Источники документальные и повествовательные // История Мидии от древнейших времён до конца IV в. до н. э. — М.-Л., 1956. — С. 24. — 486 с. Əvvəlki tarixçilərə görə, o, yalnız müəyyən detallarda dəyişiklik etmiş, çoxunu isə olduğu kimi köçürmüşdür. Ktesi isə, Herodotu yalan və uydurmalara görə günahlandırır. Eyni zamanda, müasir tarixçilər onun "Fars tarixi" əsərində də uydurma personajların olduğunu qeyd edirlər. Ktesi həmçinin, baş vermiş hadisələrin tarixlərindəBigwood J. M. Ctesias as historian of the Persian wars // Phoenix. — 1978. — Vol. 32, № 1. — P. 19. (Plateya döyüşünün Salamin döyüşündən əvvəl baş verdiyi göstərilmişdir), qoşunların sayında (Plateya döyüşündə 300 spartalının, 100 periekin və 6 min digər yunan) kobud səhvlərə yol vermişdir. 120px|thumb|Siciliyalı Diodorun "Tarixi kitabxana" (Bibliotheca historica) əsəri Siciliyalı Diodor da Plateya döyüşü haqqında yazmışdır. Diodorun "Tarixi kitabxana" əsəri və onun girişi ilə bağlı çoxlu ziddiyyətli fikirlər söylənilmişdir. Bunların ən görkəmlilərindən biri,Строгецкий В. М. Введение к "Исторической библиотеке" Диодора Сицилийского и его историко-философское содержание // Вестник древней истории. — 1986. — № 2. — С. 65–82. XX əsr ellinizm tarixçisi Temin onu belə xarakterizə etməsidir:Tam W. W. Alexander the Great. — Cambridge, 1948. — Vol. 2. — P. 63. "O, səlahiyyətli bir tarixçi deyil və əlbəttə ki, bu barədə də bilmirdi; o, ən özündənrazı axmaq idi, lakin ciddiyyətdə dürüst olmuşdur". Onun əsərinin digər tədqiqatçıları, əsərdə kompilyativlik (təcrübəsizlik) və bəzi xronoloji qeyri-dəqiqliklərin olmasını qeyd etsələr də, Siciliyalı Diodorun böyük əhəmiyyətə malik olmasını bildirmişlər. Çünki, günümüzə gəlib çata bilməyən bu tarixi əsərdən sonrakı tarixçilərin istifadə etməsi və buna görə müəllifə minnətdarlıqlarını bildirmələri məlumdur.Диодор Сицилийский // Античная культура. Словарь-справочник. Литература, театр, искусство, философия, наука / под редакцией Ярхо В. Н. — М.: Высшая школа, 1995. — 386 с.
Yunan-İran müharibələri ilə bağlı hadisələrə sonrakı antik tarixçi-bioqraflar Plutarx və Korneli Nepot da diqqət yetirmişlər. Plateya döyüşü haqqında məlumat verərkən Plutarx Aristidin, Korneli Nepot isə Pavsaninin tərcümeyi-halını vermişdir.
Döyüşdən əvvəlki dövr
Yunan şəhər-dövlətləri Afina və Eretriya qonşu yunan polisi (şəhəri) İoniyaya e.ə. 499-e.ə. 494-cü illərdə əhəməni (fars) hökmdarı Daranın hakimiyyətinə qarşı uğursuz üsyana köməklik göstərdilər. Həmin dövrdə, Əhəməni imperiyası olduqca gənc bir dövlət idi. E.ə. 530-cu ildə dövlətin yaradıcısı II Kirin ölümündən sonra, tabe edilmiş dövlətlər və xalqlar tez-tez dövlətin bütövlüyünü təhlükə altına alan üsyanlar qaldırırdılar. Yunan üsyançıları afinalılarla birlikdə, imperiyanın mühüm şəhəri və paytaxtı olan Lidiyi satraplığının Sardis şəhərini tutmağa və yandırmağa nail oldular. Dara onun nəzarətindən kənarda olan və üsyanda iştirak edən yunanlardan intiqam almaq istəyirdi.
Bundan əlavə, Dara pərakəndə və dağınıq qədim yunan şəhərlərinin fəthinin mümkün olduğunu hesab edirdi. E.ə. 492-ci ildə sərkərdə Mardoninin rəhbərlik etdiyi hərbi ekspedisiya yürüşləri nəticəsində Frakiya fəth edildi, Makedoniya əhəməni hökmdarının ali hakimiyyətini qəbul etdi.Herodot. VII. 44–45 Beləliklə, əhəməni quru qoşunları Qədim Yunanıstan ərazisinə keçid əldə etdilər. E.ə. 491-ci ildə Dara bütün müstəqil yunan şəhərlərinə "torpaq və su" tələbi ilə elçi göndərdi ki, bu da əhəməni hakimiyyətini tanımaq və ona itaət etmək tələbi demək idi. Sparta və Afinadan başqa, Əhəmənilər dövlətinin hərbi gücünü bilən qədim Elladanın bütün şəhərləri alçaldıcı şərtləri qəbul etdilər. Afinada elçilər mühakimə və edam edilməyə göndərildilər. Spartada onlar quyuya atıldılar ki, torpaqdan və sudan götürməyi tələb edirlər.Herodot. VII. 133
E.ə. 490-cı ildə Afinanı fəth etmək üçün buraya Datis və Artafernin rəhbərliyi altında əhəməni donanması göndərildi. Afinaya gedərkən, Eritreya fəth edilmiş və dağıdılmışdır.Herodot. VI. 101 Attika ərazisinə daxil olan ordu, Marafon döyüşündə afinalılar və plateyalılar tərəfindən məhv edildi.Herodot. VI. 113 Bu uğursuz ekspedisiyadan sonra Dara bütün Yunanıstanı fəth etmək üçün böyük bir ordu toplaya bildi. Misirdəki üsyan onun planlarını qabaqladı və tezliklə, e.ə. 486-cı ildə öldü. Taxt-taca onun oğlu Kserks sahib oldu. left|thumb|350x350px|Əhəməni imperiyasının xəritəsi Afinada Femistokl hakimiyyətə gəldi. Marafon döyüşü və Kserksın müdaxiləsi arasındakı boşluğu antikşünas tarixçi Surikov "Femistokl dövrü" adlandırır. Farslar Elladanı fəth etmək üçün qoşun toplayan zaman, Afina siyasətçiləri güclü donanmaya yaradılmasına kömək etdilər. Afinalılar Lavriondakı gümüş mədənlərindən əldə olunan gəliri bölüşdürmək niyyətində idilər. Tiranların süqutundan sonra dövlət mülkiyyəti bütün vətəndaşların mülkiyyəti hesab edildi. Əgər bu bütün dövlət tələblərini ödəyərək xəzinəyə əhəmiyyətli dərəcədə məbləğ qalardısa, onda onun artığı afinalılar arasında bölünərdi. Femistokl alınan vəsaitləri gəmi quruculuğuna yönləndirməyi təklif etdi. Təklif dəfələrlə dönə-dönə qəbul edilmişdi. Bunu qəbul etsək, hər bir afinalı dövlət tərəfindən verilmiş kiçik, lakin etibarlı maliyyə yardımından məhrum edilmişdir. Farslarla müharibə üçün gəmilər hazırlanan zaman, Femistokl başa düşürdü ki, afinalılar onunla razılaşmırlar, çünki onlar Marafonda məğlub düşməni ciddi bir təhlükə hesab etmirlər. Buna görə də o, həmvətənlərini inandırdı ki, Egina adası ilə fasiləsiz müharibə aparmaq üçün və qələbə qazanmaq üçün yeni gəmilər və güclü donanma lazımdır.Plutarx. Femistokl IV Məhz siyasi məlumatlara görə, yekun nəticədə bu, Kserks ordusunun məğlubiyyətinə səbəb olmuşdur.
E.ə. 481-ci ildə Kserks atası kimi, "torpaq və su" tələbi ilə Afina və Sparta istisna olmaqla, Yunanıstan şəhər-dövlətlərinin əksəriyyətinə elçi göndərdi.Herodot. VII. 32 E.ə. 481-ci ilin payız ayının sonlarında Korinfdə ümumi təhlükəyə qarşı ittifaq yaradan və daxili ara müharibələrini dayandıran ümumhellin yığıncağı keçirildi.Herodot. VII. 145 Yunan koloniyalarına kömək üçün elçilər göndərildi. Yunanlıların pərakəndə, səpələnmiş və dağınıq halda olması, onlar arasında düşmənçilik və daxili ara müharibələri ilə əlaqədar ümumhellin konqresinin qərarlarını yerinə yetirmək texniki cəhətdən çətin idi.
Misirdəki üsyanı yatıran Kserks Yunanıstan üzərinə yürüş üçün hazırlıqları davam etdirdi. Nəhəng imperiyanın çoxsaylı xalqları orduya səfərbər edildi. Herodota görə, buraya farslar, midiyalılar, kassilər, hirkanlılar, assuriyalılar, baktriyalılar, saklar, hindlilər, arilər, parfiyalılar, xarəzmlilər, soğdlular, qəndharalılar, dadiklər, kaspilər, saranqlar, pəktiyalılar, utilər, miklər, parikanilər, ərəblər, efioplar, liviyalılar, paflaqoniyalılar, likilər, matienlər, mariandilər, suriyalılar, frigiyalılar, lidiyalılar, misiylər, frakiyalılar, pisidiyalılar, kabalilər, mililər, mosxlar, tibarenlər, makronlar, marlar, kolxlar və mossinklər daxil idi.Herodot. VII. 61–82 Quru qoşunlarından başqa güclü donanma yaradan Kserks onun dövlətinə daxil olan sahilboyu və ada xalqlarını da təchiz etmişdi.Herodot. VII. 89–95
E.ə. 480-ci ilin bütün baharı və yayı fars ordusunun Egey dənizinin sahilləri boyunca yürüşü ilə davam etdi. Yunan ordu hissələrinin spartalı çar Leonidin başçılığı ilə fars ordularının qarşısını almaq cəhdləri Fermopil dərəsində uğursuzluqla nəticələndi. Farslar Yunanıstanın mərkəzinə doğru yönəldilər. Artemisiya burnunda fars gəmiləri üz-üzə gələn yunan donanması cənuba doğru irəliləməyə və Attikanın qərb sahillərində dayanmalı olur.
Fars ordusu Afinanı işğal edir. Şəhərin əhalisi Salamin adası və Trezenə köçürülür.Лекция 8: Греко-персидские войны. // История Древнего Мира / Под редакцией И. М. Дьяконова, В. Д. Нероновой, И. С. Свенцицкой. — 2-е. — М.: Издательство "Наука", 1983. — Т. 2. Расцвет Древних обществ. Ellinlərin donanması materiklə Salamin arasındakı dar boğazda bir yerə cəmlənirlər. Femistoklun hərbi hiyləsi nəticəsində Kserksın yunanlar Salamin döyüşündə Kserksın donanmasını məğlub edirlər.
Herodotun yazdığına görə, Kserks yunan gəmilərinin Hellesponta üzməsindən və onun yolunun bağlanacağından qorxurdu.Herodot. История VIII. 97 Plutarxa görə, döyüşdən sonra, yunan həbi komandanları arasında şura təşkil edildi. Femistokl Hellespontdakı "Asiya ilə Avropanı birləşdirən" körpüləri məhv etməyə davam etdi. Aristid ona etiraz edərək:Plutarx. Femistokl XVI
Femistokl tezliklə Kserksı Yunanıstandan qovub çıxarmaq və növbəti hiyləyə başlamaq üçün Aristidlə razılaşdı. O, yunanların körpüləri dağıtmaq istəmələri ismarıcı ilə çarın yanına kəşfiyyatçı göndərdi. Qorxuya düşən Kserks tələsik geri çəkilməyə başladı. Asiyadan uzaqlaşmaq qorxusundan başqa, müasir tarixçilər çarın vətəninə geri dönməsi tələbinin başqa bir səbəbini də göstərirlər. Fars donanmasının ağır məğlub olması xəbəri fars dövlətinin daxilində həyəcanlara və çıxışlara səbəb ola bilərdi. Çarın ölkədə olmaması Əhəməni imperiyasının tabe etdiyi xalqların böyük üsyanlarına səbəb ola bilərdi. left|thumb|220x220px|Yunan hopliti və fars döyüşçüsünün qədim kilik üzərində təsviri, E.ə. V əsr