Tuçi xaqan — Aşina sülaləsindən şahzadə, xaqanlığa iddiaçı.

Həyatı Aşina Yuankinin oğlu idi. Atasının edamından sonra üsyana başlamışdı. Həmin il özünü Ton Yabqu Xaqan adı ilə xaqan elan etdi.

692-ci ildə Tibet ordusundan dəstək alan xaqan Trinrinq Tsendro, Taqu Risum və Qar Tsenyen Qunqton adlı üç qardaş sərkərdə ilə birlikdə Çinin hücumlarına qarşı mübarizə aparmağa başladı. 694-cü ildə Vanq Hsiaoçi rəhbərliyindəki Çin ordusu Tibetliləri bir daha məğlub etdi və xaqan Tibetə qayıtmalı oldu.

700-cü ildə Tuçi xaqan Tibetdən çıxaraq İkinci Göytürk Xaqanlığına getdi.

Kateqoriya:Göytürk xaqanları Kateqoriya:Vəfat tarixi bilinməyənlər Kateqoriya:Aşina ailəsi