Brays adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir.

Yerləşməsi Brays adası arxipelaqın mərkəzində yerləşir. Adadan 4 km cənubda Breydi adası (Sidorov boğazı), qərb və şimal qərbdə isə Bliss, Priçett və Bromic adaları yerləşir (Sadko boğazı).

Təsviri Ada bərabər olmayan uçbucaq formaya malikdir. Terra-Nova burnu ilə cənub qutaracağı arasında məsafə 9 kilometrdir. Mərkəzində 409 metr hündürlüyü olan buzlaq yerləşir. Şimal-qərbində Uyuta buxtası yerləşir. Ada Cekson-Harmsvord ekspedisiyasının katibi (1894–1897) Artur Montefiore Braysın şərəfinə adlandırılmışdır.

Xəritə Xəritə

İstinadlar

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları