Uindvord adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Yerləşməsi Arxipelaqın cənub-qərbində, Bryus adasının cənub-şərqindən 1.5 km aralıda yerləşir. Ada uzunsov formaya malikdir. Uzunluğu 1.7 km, eni isə 800 metrdir. Ada buzdan azaddır. Maksimal hündürlüyü 82 metrdir. 1899-ci ildə Federik Ceksonun ekspedisiyasında iştirak etmiş şxunun şərəfinə adlandırılmışdır. Xəritə Xəritə

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları