Kalsium hidroksid (Ca(OH)2) — kristal ağ rəngli toz halında olan maddə. Qüvvətli əsasdır. Suda zəif həll olur.

Trivial adları Sönmüş əhəng Əhəng südü Əhəng suyu

Alınması Kalsium oksidin( sönməmiş əhəng) su ilə qarşılıqlı təsirindən alınır və reaksiya istiliyin ayrılması ilə gedir: CaO + H2O → Ca(OH)2+Q

Xassələri Kalsium hidroksid qələvilərin bütün reaksiyalarına daxil olur:

Ca(OH)2 + H2SO4 → CaSO4 +2H2O Ca(OH)2 + SO3 → CaSO4 +H2O Ca(OH)2 + CO2 → CaCO3 + H2O Ca(OH)2 + Na2SO3 → CaSO3 +2NaOH Əgər 520-580ºC-yə qədər qızdırılsa parçalanaraq kalsium oksidə çevrilir: Ca(OH)2 →CaO + H2O Güclü əsas kimi suda kalsium kationuna və hidroksid anionuna tam dissosiasiya edir: Ca(OH)2←→ Ca2+ + 2OH−

Tətbiqi Kalsium hidroksidin çox geniş tətbiq sahəsi vardır.Su təsislərində yeraltı suların təmizlənməsində, kağız istehsalında, qida sektorunda, suyun codluğunun aşağı salınmasında, ağardıcılarda, betonun hazırlanmasında istifadə olunur.

Təhlükəsizliyi Tənəffüs sistemini təhriş edərək öskürək, nəfəs darlığına səbəb olur.Kalsium hidroksid uzun müddət dəriyə təmas edərsə dərini aşındıraraq ciddi yanıqlara səbəb ola bilər.

Mənbə Химическая энциклопедия. - Т.2. - М.: Советская энциклопедия, 1990. - С. 297-298 N.A.Verdizadə, K.Ə.Quliyev, Ə.Z.Zalov, Ş.Ə.Quliyev. Kimya kursu. Bakı 2010. s.342

İstinadlar

Kateqoriya:Kalsium birləşmələri Kateqoriya:Tikinti materialları Kateqoriya:Kimyəvi maddələr