Aşiqi sadiq qısametrajlı sənədli filmi rejissor Nicat Feyzullayev tərəfindən 2014-cü ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın görkəmli rəssamı, respublikanın əməkdar incəsənət xadimi Lətif Feyzullayevin həyat və yaradıcılığından bəhs edir.

Məzmun Film Azərbaycanın görkəmli rəssamı, respublikanın əməkdar incəsənət xadimi, Abşeron rəngkarlıq məktəbinin bənzərsiz nümayəndələrindən biri, pedaqoji fəaliyyəti dövrundə böyük bir rəssam nəsli yetişdirən Lətif Feyzullayevin həyat və yaradıcılığından bəhs edir.

Filmin üzərində işləyənlər Ssenarist: Aqşin Mirfeyzullazadə, Nicat Feyzullayev Rejissor: Nicat Feyzullayev Operator: Nizami Abbas Prodüser: Cavid İmamverdiyev

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2014-cü ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2014-cü ilin filmləri Kateqoriya:2014-cü ilin Azərbaycan filmləri