Bromargirit — mineral, Ag Br.

Haqqında Bromargirit - kubik. Kristalları kubik və kubooktaedrik. Ayrılma yoxdur. Aqreqat: dənəvər, qabıqcıqlar, mumabənzər təbəqələr. Rəngi yaşıldan sarıyadək. Kristalların parıltısı: almazı, qatranı, kip aqreqatların parıltısı – tutqun. Sərtliyi~2,5. Xüsusi çəkisi 6,35. Döyülə bilir və çox plastikdir. Aşınma zonasında xlorargiritlə, embolitlə birlikdə. Sinonim: Bromirit, Bromlu gümüş.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

Kateqoriya:Bromidlər Kateqoriya:Halogenidlər (minerallar) Kateqoriya:Gümüşün mineralları Kateqoriya:Kubik sinqoniya mineralları