"Klivlend şou" () — Set Makfarleyn, Riçard Eppel və Mayk Henri tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün "Qriffinlər" serialının bir spin-offu olaraq yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər, Klivlend Braun və Donna Tabbs, onların uşaqları, Klivlend Braun Kiçik, Roberta Tabbs və Rallo Tabbs ibarət yaxşı vəziyyətdə olmayan Klivlend-Tabbs ailəsi durur. Serialın yumorunun böyük bir hissəsini, "Qriffinlər" kimi çox vaxt ümumi süjet ilə heç bir əlaqəsi olmayan, ABŞ mədəniyyətini həcv edən, katevey-zarafatlar təşkil edir. Pilot seriya üçün olan DVD şərhinə əsasən, serial "Qara Qriffinlər" adlandırılacaqdı.
Serialı yaratmaq fikri Set Makfarleynin ağlına "Fox Broadcasting Company" üçün "Qriffinlər" və "Amerikan ata!" seriallarını hazırlayıb işləməsindən etməsindən sonra, 2007-ci ildə gəlmişdir. Makfarleyn serialı "Qriffinlər" personjları olan Klivlend Braun, yeni arvadı Donna Tabbs, ögey uşaqları Rallo və Roberta Tabbs və öz uşağı Klivlend Braun Kiçik üzərində mərkəzləşdirmək qərarına gəlmişdir.
Serial 27 sentyabr 2009-cu ildən, 19 may 2013-cü ilə qədər efirə verilmişdir. Serial, 4 illik ömründə 4 mövsüm və 88 seriya edirə vermişdir. "Klivlend şou" bir Enni mükafatına, bir Praym-taym Emmi mükafatına və iki Yeniyetmə Seçimi mükafatına namizəd olmasına baxmayaraq, media tənqidçiləri tərəfindən qarışıq rəylər almışdır. Serial 4 mövsüm sonra ləğv edilmişdir. Klivlend-Tabbs ailəsi "Qriffinlər"in XII mövsümünün "O, qa-aradır!" adlı seriyasında geri qayıtmışdır.
İstehsal İnkişaf Serialı yaratmaq fikri Set Makfarleynin ağlına "Fox Broadcasting Company" üçün "Qriffinlər" və "Amerikan ata!" seriallarını hazırlayıb işləməsindən etməsindən sonra, 2007-ci ildə gəlmişdir.Breaking News – FOX Announces Fall Premiere Dates for the 2009–2010 Season. TheFutonCritic.com. İstifadə tarixi: 5 iyun 2012.Fox Primetime . Fox Flash (27 sentyabr 2009). İstifadə tarixi: 5 iyun 2012.
"Klivlend şou" ilk dəfə "Fox"un serialı yaradıcılardan almasından sonra,Breaking News – Development Update: February 29 – March 4 . TheFutonCritic.com. Retrieved June 5, 2012. inkişaf proqramında 2008-ci ilin əvvəllərində görünmüşdür. 5 may 2008 tarixində Set Makfarleyn və 20th Century Fox Television bir müqavilə imzalamışdır.Breaking News – Development Update: Monday, May 5 . TheFutonCritic.com. Retrieved June 5, 2012. Pilot 2008-ci ilin may ayında, serial 2008–09 ABŞ televiziya mövsümünün praym-taym proqramında göstərilən zaman, Klivlend şou adlandırıldığı rəsmi olaraq açıqlanmışdı.Breaking News – FOX Announces Primetime Slate for 2008–2009 Season . TheFutonCritic.com (May 15, 2008). Retrieved June 5, 2012. Təpənin kralı serialı bitdikdən sonra Klivlend şou efirə çıxacaqdı. Bu açıqlamadan sonra 9 yeni seriya sifariş edilmiş, bununla da serialın ilk mövsümü rəsmiləşmişdi.Breaking News – OH... Hey, Y'All! FOX Orders Full Season of "The Cleveland Show" . TheFutonCritic.com. Retrieved June 5, 2012. Klivlend şou 2009-cu ilin may ayında hər bazar günü yerli vaxtla 20:30-da efirə çıxmaq üçün, 2009–10 ABŞ televiziya mövsümünün praym-taym proqramında göstərilmişdir.Breaking News – FOX Announces Primetime Slate for 2009–2010 Season . TheFutonCritic.com (May 18, 2009). Retrieved June 5, 2012. 2009-cu ilin iyun ayının 15-də Klivlend şounun ilk seriyasının 27 sentyabr 2009 tarixində efirə veriləcəyi açıqlanmışdır.Breaking News – FOX Announces Fall Premiere Dates for the 2009–2010 Season . TheFutonCritic.com. Retrieved June 5, 2012.
İcraçı prodüserlər Set Makfarleyn, Mayk Henri və Riçard Eppel I mövsümdən bəri serialın icracı prodüserləri olmuşdur.
Səsləndirmə aktyorları Mayk Henri serialın iki əsas qəhrəmanını səsləndirir: Klivlend Braun və Rallo Tabbs. Klivlend Braun personajı əvvəlcə "Qriffinlər" serialı üçün hazırlanmışdı. Henri Makfarleynlə hələ Rod-Aylend dizayn məktəbində oxuduğu zaman tanış olmuşdu. Onlar təhsillərini bitirdikdən sonra da əlaqə saxlamağa davam ediblər. Bir neçə ildən sonra Makfarleyn Henriylə əlaqə yaratmış və onu şounun bir hissəsi olmağa dəvət etmişdi; o serialın səsləndirmə aktyoru və ssenari müəllifi olmağa razılaşdı. Rallo Tabbsın səsi isə, Henri tərəfindən 20 il əvvəl yaradılmışdır. Henri etdiyi bir açıqlamada, Rallo Tabbsın səsi əvvəllər etdiyi zarafat zənglərində yaratdığı səslərindən biri olduğunu demişdir.
Sena Latan — Klivlendin arvadı, Rallo və Roberta Tabbsın anası və Klivlend Braun Kiçiyin ögey anası Donna Tabbsı səsləndirir. Latan, prodüserlərin personajı yaradan zaman "bir qədər təhsilli." olmasını istədiklərini demişdir. Donna Tabbsın səsləndirməsindən əvvəl, Latan yalnız Qızıl Alov adlı bir kiçik büdcəli filmdə səsləndirmə aktyoru olmuşdur. Latan səsləndirmə aktyorluğundan başqa, Yadplanetliyə qarşı Yırtıcı, Sevgi və Basketbol və Ovçular ailəsi kimi filmlərdə aktrisalıq etmişdir.
Riqan Qomez-Preston — Klivlendin ögey qızı Roberta Tabbsı səsləndirir. Qomez Robertanı səsləndirəndə öz səsindən istifadə etdiyini və telefonla danışanda həmişə 15 yaşlı bir qızla səhv salındığını demişdir. Qomez Roberta roluna seçilməzdən əvvəl, personajı ilk 13 seriyada Nia Lonq (Sena Latan ilə birlikdə Ən yaxşı kişi filmlərində çəkilmişdir) səsləndirirdi. Nia Lonqa görə o, personajın gənc bir yeniyetmə olmasına görə prodüserlərin daha gənc səslənən bir aktrisa istəməsindən dəyişdirilmişdir.
Kevin Maykl Riçardson — Klivlend Braunun oğlu Klivlend Kiçiyi, eləcə də Klivlendin qonşusu Lester Krinklesakı səsləndirir. Maykl "Qriffinlər" və "Amerikan ata!" teleserialların cari heyətlərində oynamışdır. Klivlend Kiçiyi təsvir etmək üçün Riçardson NBC drama serialı olan ER-dakı Petrik adlı bir obrazdan ilhamlandığını demişdir. Lesterə gəldikdə isə, Riçardson bir müsahibədə afro-amerikalı olduğundan o, bir neçə redneklə qarşılandığını və personajı səsləndirəndə onları yadına saldığını demişdir.
Ceyson Sudeykis — Klivlendin dostu olan kiçik boylu Holt Riçteri və Klivlendlə Uatermen Keyblda işləyən dostu Terri Kimplı səsləndirir. Sudeykis cari aktyor heyətinin bir parçası olaraq başlamışdır, ancaq "Daha çətin, daha yaxşı, daha sürətli, qəhvəyi" adlı seriyadan etibarən əsas aktyor heyətinin bir parçası olmuşdur.
Set Makfarleyn — III mövsümün 10-cu seriyasına qədər ayı Timi səsləndirmişdir. Makfarleyn ayı Timi səsləndirəndə Stiv Martinin təəssüratını yaratdığını demişdir. Personajı III mövsümün 11 seriyasından bəri Cess Harnell səsləndirir.
Əsas aktyor heyəti 140x140px 140x140px 140x140px 140x140px 140x140px 140x140px Mayk Henri Sana Latan Riqan Qomez-Preston Kevin Maykl Riçardson Ceyson Sudeykis Set Makfarleyn Klivlend Braun, Rallo Tabbs Donna Tabbs Roberta Tabbs Klivlend Braun Kiçik və Lester Krinklesak Holt Riçter və Terri Kimpl Ayı Tim
Cari aktyor heyətinin digər üzvləri: Arianna Huffinqton Ayı Ariannanı, Nat Fakson Ayı Reymondu, Ceymi Kennedi Qabriel Fridmeni, Uill Forte Prinsipial Uallini, Fransis Kaler Evelin Braunu, Kreyq Robinson Le-Var Braunu, Devid Linç barmen Qası səsləndirir.
Personajlar
thumb|right|Braun-Tabbs ailəsi. Sol yuxarıdan saat əqrəbi əksi istiqamətində: Klivlend, Donna, Roberta, Rallo və Klivlend Braun Kiçik.
Klivlendin yeni təqdim edilmiş ailəsi arasında onun yeni arvadı Donna Tabbs Braun (Sena Latan tərəfindən səsləndirilib), Donnanın yeniyetmə qızı Roberta (İlk olaraq Nia Lonq, daha sonra Riqa Qomez-Preston tərəfindən səsləndirilib) və Donnanın 5 yaşlı oğlu Rallo (Mayk Henri tərəfindən səsləndirilib).FoxFlash image page . Foxflash.com. İstifadə tarixi: 5 iyun 2012. Klivlend Braun Kiçik serial üçün tamamilə yenidən dizayn edilmişdir.
Seriyalar
{| class="wikitable" style="text-align: center;" |- ! colspan="2" rowspan="2" style="padding: 0px 8px" | Mövsümlər ! style="padding: 0px 8px" rowspan="2" | Seriyalar ! colspan="2" style="padding: 0px 8px" | Orijinal efir vaxtı ! style="padding: 0px 8px" colspan="2" | Nilsen reytinqi |- ! style="padding: 0px 8px" |İlk yayım ! style="padding: 0px 8px" |Son yayım ! style="padding: 0px 8px" |Sıra ! style="padding: 0px 8px" |İzləyicilər (milyon) |- |style="width: 15px" bgcolor="#4d236c"| |1 |21 |style="padding: 0px 8px" | |style="padding: 0px 8px" | |style="padding: 0px 8px" | 72 |style="padding: 0px 8px" | 6.38 |- |style="width: 15px" bgcolor=#04B2F7| |2 |22 |style="padding: 0px 8px" | |style="padding: 0px 8px" | |style="padding: 0px 8px" | 90 |style="padding: 0px 8px" | 6.12 |- |style="width: 15px" bgcolor=#72AD37| |3 |22 |style="padding: 0px 8px" | |style="padding: 0px 8px" | |style="padding: 0px 8px" | 144 |style="padding: 0px 8px" | 4.03 |- |style="width: 15px" bgcolor=#FF5C6F| |4 |23 |style="padding: 0px 8px" | |style="padding: 0px 8px" | | 129 |style="padding: 0px 8px" | 3.05
Başqa animasiya sitkomları ilə olan krossoverləri "Klivlend şou" personajları başqa animasiya sitkomlarında və həmin serialların personajları "Klivlend şou"da görünmüşdülər. "Klivlend şou"nun bütün krossoverləri iki animasiya seriallarından ibarət idi. Bunlar Set Makfarleyn tərəfindən yaradılan "Qriffinlər" və "Amerikan ata"dır.
"Klivlend şou" personajları digər "Fox" animasiya serialları olan "Simpsonslar" və "Təpənin kralı" serillarında epizodik rol almışdılar.
Yayım Sindikasiya 2010-cu ilin iyul ayında "Turner Broadcasting System" TBS və Adult Swim televiziya şəbəkələri üçün sindikasiya hüquqlarını almışdır. Adult Swim, TBS Acquire Syndicated Rights To ‘The Cleveland Show’ For Fall 2013 – Ratings | TVbytheNumbers]. Tvbythenumbers.zap2it.com (July 6, 2010). Retrieved June 5, 2012. Serial sindikasiyada ilk dəfə 29 sentyabr 2012 tarixində "Cartoon Network" telekanalının Adult Swim gecə televiziya blokunda, ABŞ-də yayımlanmışdır. MuchMusic 2 sentyabr 2013 tarixində Kanadada serialın anonsunu, sonrakı gün isə debütünü yayımlamışdır.
Ləğv 17 aprel 2013 tarixində "Fox" şirkəti "Klivlend şou"nun ləğv olunmasıyla bağlı olan dedi-qoduları yalanlamış, serialın ləğv etməkdənsə yeniləməyi üstün tutduğunu açıqlamışdır. Buna baxmayaraq, 13 may 2013 tarixində "New York Daily News"da Fox Əyləncə Sədri Kevin Rilli serialın ləğvini rəsmiləşdirmişdir. Serialın ləğvindən sonra, Klivlend-Tabbs ailəsinin "Qriffinlər"in XII mövsümünün "O, qa-aradır!" adlı seriyasında geri qayıdacağı açıqlanmışdır.
Beynəlxalq yayım
Ölkə Şəbəkə Yayım tarixi Kanada GlobalMuchMusic 27 sentyabr 2009 – 19 may 20133 sentyabr 2013 – 31 avqust 2017 Avstraliya Network TenElevenFOX8 2 dekabr 2009 – 12 yanvar 201112 yanvar 2011 – 201413 mart 2011 – h.h Almaniya Comedy Central 7 avqust 2016 – h.h Litva TV6 – h.h İrlandiya 3e 2009 Birləşmiş Krallıq E4FoxITV2 1 fevral 2010 – payız 20156 yanvar 2011 – ? 2016–h.h Amerika Birləşmiş Ştatları FoxAdult SwimTBS 27 sentyabr 2009 – 19 may 201329 sentyabr 2012 – h.h16 sentyabr 2013 – present Macarıstan Comedy Central Humor+ 6 iyul 2010 – 30 oktyabr 2016 3 oktyabr 2016 – h.h Orta Şərq FX Bilinmir Yeni Zelandiya C4FourComedy Central 201010 fevral 2011 – h.h2011–h.h Pakistan FX Bilinmir Filippin Jack TVFox Philippines oktyabr 2010 – h.h mart 2013 – h.h Cənubi Afrika Vuzu 29 noyabr 2010 Sinqapur Fox 2 aprel 2012 (II mövsüm)
Ev mediası DVD buraxılışları
DVD adıDisklərin sayıİlSeriyaların sayıDVD buraxılışıRegion 1Region 2Region 4142009 və 20102128 sentyabr 201011 oktyabr 201029 iyun 2011242010 və 20112227 sentyabr 201130 yanvar 20122 noyabr 2011332011 və 2012221 mart 2013432012 və 20132317 dekabr 2013
Həmçinin bax Qriffinlər Amerikan ata!
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qriffinlər Kateqoriya:Set Makfarleyn tərəfindən yaradılmış teleseriallar Kateqoriya:20th Century Fox Television teleserialları Kateqoriya:Krossover animasiya serialları Kateqoriya:Satirik cizgi serialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:2013-cü ildə bitən ABŞ teleserialları