() — fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Cənubi Qafqaz, Şərqi Anadolu, İranın şimal-qərbi, Şimali İraq, Cənub-Qərbi Asiyada təbii halda yayılmışdır.
Botaniki təsviri Yarımkürəşəkilli formalı, seyrək yastığa malik, diametri 20-30 sm olan kolcuqdur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikcikli və kələkötürdür. Çiçəkdaşıyıcısı sadə, kələ-kötür, yuxarısı zəif qırışlıdır. Sünbülcüyü az dağınıq və eyni çiçəklidir. Kasacığı qıfvari, büküyü ağ və 5 damarlıdır. Tacı, ləçəkləri parlaq çəhrayıdır. İyul-avqust ayında çiçəkləyir, avqust-sentyabrda toxumları yetişir.
Ekologiyası Kserofitdir. Naxçıvan MR ərazisində aşağı, orta və yüksək dağlıq qurşaqlarda, dəniz səviyyəsindən 1200-2400 (1500-2600) metr yüksəkliklərdə, daşlı-çınqıllı yamaclarda yayılmışdır.
Azərbaycanda yayılması Azərbaycanda, Naxçıvan MR Ordubad rayonu Kotam və Kilid kəndlərinin ətraf ərazilərində yayılmışdır.
İstifadəsi Mövsümü yaşıllaşdırmada istifadə oluna bilər.
Ədəbiyyat Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Kateqoriya:Tıs-tıs