() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Növün təbii arealı – Mancuriya (Şimali Çin), Uzaq Şərq və Koreya yarımadasıdır.

Botaniki xarakteristikası Mancuriya qozu yarpağı tökülən, birevli ağac və ya koldur.Hündürlüyü 25-30 m-ə çatan gövdəsi düz, şaxələnmiş və ya enli-yumru, zərif çətirlidir. Qabığı tünd boz, zoğları sarımtıl-qonur tükcüklüdür. Yarpaq saplaqlarının uzunluğu 5-20 sm-dir.Yarpaqları növbəli, mürəkkəb, cüt olmayan, lələkvari, uzunluğu 40-90 sm-dir.Yarpaqcıqları 7-19 ədəd, uzunsov-ellipsvari, uzunluğu 17 sm və eni 2-7 sm-dir. Yarpaq ayası dişli, ucu biz, tükcüklüdür. Çiçəkləri xırda, bircinsli, çiçəkləmə yarpaqları açıldıqdan sonra müşahidə edilir. Erkəkcik çiçəkləri uzun, sallaq sırğalarda, dişicik çiçəkləri 3-10 ədəd olmaqla zoğların uclarında yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri çəyirdəkvari, oval, yunan qozuna bənzəyir, ancaq xırda (2,5-7,5 sm) və çox qalın, yaşıl və ya qonur qabıqlıdır. Qozun nüvəsi kiçik ölçülü, yeməlidir. Meyvələri avqust-oktyabrda yetişir. Meyvəyanlığı yaşıl, yetişdikdə qonurlaşan, çox tükcüklü, qozdan asanlıqla ayrılan, vəzicikli-yapışqandır. 250 ilədək yaşayır.

Ekologiyası Qışa davamlıdır, -450-dək şaxtalara dözür. İşıqsevəndir, ancaq kölgəli sahələrdə də bitə bilər. Məhsuldar, rütubətli, yumşaq torpaqlara üstünlük verir, torpaq və atmosfer nəmişliyinin çatışmazlığına həssasdır.

Azərbaycanda yayılması Azərbaycanda bəzi rayonlarda rast gəlinir.

İstifadəsi Mebellərin düzəldilməsində, qozun nüvəsindən qənnadı sənayesində yüksək keyfiyyətli yağın alınması üçün istifadə edilir. Saç boyasının tərkibində istifadə edilə bilər. Qabığı, yarpaqları və meyvələrində taninlər vardır, xalq təbabətində istifadə edilir. Balvericidir.

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Çin florası Kateqoriya:Rusiya florası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Şərqi Asiya florası