() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Şimali Amerikanın şərqində meşələrdə yayılmışdır.
Botaniki xarakteristikası Mədəni şəraitdə 1809-cu ildən becərilir. Avropa, Orta Asiyanın və Şimali Amerikanın botanika bağlarında yayılmışdır. Hündürlüyü 10 (20) m-ə catan, yarpağı tökülən, dekorativ ağacdır. Çətiri gözəl yarpaqlı və özünəməxsus yumşaq iynəli, çıxıntılı meyvəlidir. Ləçəklərinin sarımtıl, meyvə səthinin kələ-kötür olması ilə fərqlənir. Yarpaqları növbəli və ya qarşı-qarşıya düzülməklə lələkvari, ikiqat lələkvari, üçyarpaqlı və ya sadədir. Əsasən birevlidir. Çiçəkləri xırda, ətirli olub, süpürgə və ya salxımlara toplaşır. Kasa yarpaqları 4-5, erkəkcikləri 8-10, bəzən 6-8, dişiciyi üst, 3 yuvalıdır. 9 yaşından çiçəkləyir. Meyvələri qutucuqdur. Mayın ikinci yarısından iyunun ortasınadək çiçəkləmə müşahidə edilir. Meyvələri sentyabrın ikinci yarısında yetişir. Peyvəndlə çoxalması mümkündür.
Ekologiyası İşıqsevən mezofit, mezotrofdur. Yavaş böyüyür. Qışa davamlılığı yüksəkdir.
Azərbaycanda yayılması Respublikamızda mədəni şəraitdə becərilir.
İstifadəsi Yaşıllaşdırma üçün istifadəsi məsləhət görülür.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:30–34 ID olan Taksonbar