() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Aralıq dənizyanı ölkələrində, İspaniyadan Kiçik Asiyaya qədər olan ərazilərdə və Şərqi Avropada yayılmışdır.

Botaniki xarakteristikası 0,5-1,5 m hündürlüyündə, yarpağını tökən koldur. Budaqları yaşıl rəngli, tillidir. Yarpaqları təklələkvari, 5-9 ədəd tərs yumurtavari formalı yarpaqcıqdan ibarətdir. Onların uzunluğu 0,6-2,3 sm, eni 0,3-1 sm olub, qısa saplaqlı və ya oturaqdır. Yarpaq altlığı üçkünc, çiçəkləri qızılı-sarı rəngdə, 3-8 ədədi birlikdə qoltuqlarda çətirvari çiçək qrupu təşkil edir. Onlar yarpaqdan 2-3 dəfə iridir. Kasacığı zəngvari, 3-5 mm uzunluqda, ensiz, tərs-yumurtavari, qayıqcıq formalı, oraqvaridir. Bütün ləçəkləri dırnaqcıqlı, kasacıqdan 2 dəfə uzundur. Paxlaları 2,5-6 sm uzunluqda, 1,5-2 mm enində olub, ucdan nazik, əyridir. Toxumları uzunsov-tilli, 4 mm uzunluğunda və 1 mm enində, qəhvəyi rəngli, hamardır. Aprel-may aylarında çiçəkləyir.

Ekologiyası Kölgəsevən və suya çox tələbkardır. Günəşli, quru yerlərdə sıx kolluqlar əmələ gətirir.

Azərbaycanda yayılması Mədəni şəraitdə becərilir.

İstifadəsi Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:İtaliya florası