Hadisələr 26 yanvar - Polşada nasistlər tərəfindən yəhudilərə dəmiryol nəqliyyatından istifadə etmələrinin qadağan edilməsi. 10 fevral - ABŞ-də "Tom və Cerri" cizgi filminin ilk buraxılışının ekranlara çıxması. 15 fevral - Almaniya tərəfindən bütün ticarət gəmilərinə düşmən hərbi gəmiləri kimi baxılacağının elan edilməsi. 17 fevral - İsveç hökuməti tərəfindən Finlandiyanın hərbi kömək göstərilməsi xahişinin rədd edilməsi. 20 fevral - SSRİ hökuməti tərəfindən Finlandiyaya yeni sülh danışıqlarına başlanılmasının təklif edilməsi. 24 fevral - İtaliyanın Mussolini hökumətinin Almaniya ilə ticarət müqaviləsini imzalaması. Almaniya və İtaliya qoşunları tərəfindən Rumıniyanın işğal edilməsi. 9 aprel - Almaniya qoşunlarının Danimarkaya hücumu və Danimarkanın Almaniya tərəfindən işğal ediilməsi. 24 aprel - Almaniya qoşunları tərəfindən Norveçin işğalına başlanılması. 10 may Almaniya qoşunlarının Niderlanda soxulması. Böyük Britaniyanın Baş Naziri Nevill Çemberlenin istefa verməsi, Vinston Çörçillin yeni Baş Nazir seçilməsi. 14 may - Niderlandın danışıqsız təslim olmaq haqqında akt imzalaması. 15 may - Almaniya qoşunlarının Amsterdama və Şimali Fransaya daxil olması. 28 may - Belçika kralı III Leopold tərəfindən Belçikanın danışıqsız təslim olması haqqında aktın imzalaması. 10 iyun İtaliyanın Fransaya müharibə elan etməsi. Kanadanın İtaliyaya müharibə elan etməsi. Moskvada SSRİ ilə Almaniya arasında "Sərhəd münaqişələrinin və mübahisələrinin nizamlanması qaydaları haqqında Konvensiya""nın imzalanması. 3 avqust - SSRİ Ali Sovetinin Litvanı SSRİ-nin tərkibinə daxil etməsi. 5 avqust - SSRİ Ali Sovetinin Latviyanı SSRİ-nin tərkibinə daxil etməsi. 28 oktyabr - Yunanıstana müharibə elan etdi. 27 noyabr - İsveçrədə Kommunist Partiyasının fəaliyyətinin qadağan edilməsi. 30 noyabr - Tailand ordusunun müharibə elan etmədən fransız Hind-Çininə daxil olması. 18 dekabr - Hitler tərəfindən SSRİ-yə qarşı ildırımsürətli "Barbarossa planı"nın təsdiq edilməsi. 1 yanvar - Azərbaycanda rus qrafikası əsasında yeni əlifbaya keçmiriımə. 6 may - Samur-Dəvəçi kanalının birinci növbəsinin istifadəyə verilməsi. 15-28 may - Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyünün keçirilməsi. 11 iyun - Yeni Zelandiya, Avstraliya və Cənubi Afrika İttifaqının İtaliyaya müharibə elan etdi.

Doğumlar 19 fevral – Saparmurad Niyazov – Türkmənistan prezidenti (Türkmənbaşı) 10 mart - Çak Norris – amerikalı aktyor və döyüş sənəti ustası 16 mart – Vaqif Mustafazadə – Azərbaycan caz ifaçısı, caz-muğamın banisi 21 mart - Sabir Quliyev - Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Nəzəri mexanika" kafedrasının professoru, texnika elmləri doktoru 20 may - Alıcan Abbasov − Azərbaycan iqtisadçısı, iqtisad elmlər doktoru, professor 3 iyul – Zöhrab Adıgözəlzadə – Azərbaycan pianoçusu 6 iyul - Nursultan Nazarbayev - Qazaxıstan Prezidenti 22 sentyabr – Anna Karina – Danimarka və Fransa teatr və kino aktrisası 14 oktyabr – Kliff Riçard - ingilis müğənnisi və aktyoru 13 noyabr – Abasqulu Quliyev - Azərbaycan MEA-nın müxbir üzvü, Əməkdar elm xadimi 15 noyabr – Roberto Kavalli - İtaliya modelyeri 25 aprel- Alfredo Ceyms "Al" Paçino- Məşhur italyan əsilli ABŞ aktyoru, rejissoru, ssenaristi və prodüseri.

Ölümlər 25 yanvar – Selesten Buqle – fransız sosioloqu 27 yanvar – İsaak Babel – rus sovet yazıçısı 17 mart – Əli bəy Hüseynzadə - Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi 21 avqust - Lev Trotski - rus siyasi xadimi, inqilabçı 20 noyabr - Keçəçioğlu Məhəmməd - Azərbaycan xanəndəsi

Kateqoriya:İkinci Dünya müharibəsi