Naxçıvan üsyanı — 1920-1930-cu illərdə Naxçıvanda Sovet hakimiyyətinə qarşı baş tutmuş üsyanlar.
1920-ci il
Üsyanı yaradan səbəblər 1920-ci il iyulun 28-də Naxçıvan şəhərində sovet hakimiyyəti elan edilməsinə, iyulun 29-da isə Hərbi İnqilab Komitəsi və Hərbi Əmək Müdafiə Şurası yaradılmasına baxmayaraq, yeni hakimiyyət yalnız diyarın ərazisinin 20 faizində təsir gücünə malik idi. Bunu Ordubadda ancaq oktyabrın 19-da, Şərurda isə dekabrın 2-də inqilab komitələri və yerli sovet hakimiyyəti orqanları yaradılması faktından da görmək olar; çünki bu ərazilərdə yeni hakimiyyəti qurmazdan əvvəl daşnak təhlükəsi və işğalının nəticələrini ləğv etmək tələb olunmuşdu. Digər tərəfdən, Ermənistanın daşnak hökuməti silahlı qüvvələrinin mütəmadi hücumlarının qarşısının qətiyyətlə alınmaması, yeni hakimiyyətin diktaturaya meyil etməsi hallarının güclənməsi də diyarın əhalisini hiddətləndirirdi; onlar nicat dolu nəzərlərini getdikcə daha çox Naxçıvanda olan türk qoşun hissələrinə yönəldirdilər. Oktyabrın 5-də Sovet Rusiyasının tərəfdarı sayılan Bahadır Vəlibəyovun XI Qızıl Ordunun əlavə hissələri ilə fövqəladə komissar kimi Naxçıvan şəhərinə gəlməsi və cəza tədbirlərini gücləndirərək, türk hərbi hissələrinin Naxçıvandan çıxarılmasını tələb etməsi azərbaycanlı əhalinin qəzəbini daha da artırırdı. Naxçıvan ictimaiyyətinin tələbilə Bahadır Vəlibəyov vəzifəsindən uzaqlaşdırılsa da, az sonra Q. Orconikidzenin köməyi ilə yenidən vəzifəsinə bərpa olundu.
1920-ci il dekabrın 1-də Bakı Sovetinin təntənəli iclasında Azərbaycan İnqilab Komitəsinin elan etdiyi bəyannamədə Zəngəzur və Naxçıvan qəzalarının Ermənistana verilməsi xəbəri əhalinin sovet hakimiyyətindən narazılığını son həddə çatdırdı. Yenidən Ermənistanın əsarəti altına düşmək təhlükəsi ilə üzləşən Naxçıvan əhalisi inqilab komitəsi qarşısında toplaşaraq buna qəti etirazını bildirdi və rəsmi izahat tələb etdi. Vəziyyətin gərginləşəcəyindən qorxuya düşən Azərbaycan İnqilab Komitəsi Naxçıvana yaxşı bələd olan Azərbaycan SSR Xalq Ədliyyə komissarı Behbud Şahtaxtinski-Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətini fövqəladə səlahiyyətlə diyara ezam etdi. Behbud Şahtaxtinski Naxçıvan əhalisinin qarşısında çıxış edərkən hətta bildirmişdi ki, .
B. Naxçıvanski Naxçıvan şəhərində Şərur-Dərələyəz və Ordubad əhalisinin də mitinqlərini keçirmişdi. Mitinqlərdə əhalinin böyük əksəriyyəti Naxçıvanın Azərbaycan SSR qəyyumluğunda müstəqil respublika kimi təşkil olunmasını istədiyini bildirdi. Mitinqlərin nəticələri barədə Azərbaycan və Ermənistan inqilab komitələrinə müvafiq məlumatlar verilmişdi. Görünür, Naxçıvan əhalisinin türk hərbi hissəsi tərəfindən dəstəklənən bu qətiyyəti artıq Naxçıvana öz ərazisi kimi baxan Ermənistan İnqilab Komitəsini dekabrın 28-də bəyanat verərək Naxçıvanı müstəqil sovet respublikası kimi tanımağa və daşnakların bu ərazi ilə bağlı iddialarından imtina etdiyini bütün dünyaya bildirməyə məcbur etmişdi.
Gedişat Kommunist rejiminin yeritdiyi anti-Azərbaycan, antimilli siyasətə etiraz əlaməti olaraq 1920-ci il mayın 26-dan iyunun 20-dək Şəmkir, Lənkəran, Astara, Quba, Qusar, Naxçıvan, Gəncə, Ağdaş, Göyçay, Nuxa, Ağdam, Şuşa, Tərtər və Zaqatalada silahlı üsyanlar baş verdi.Sadiqov S. H Naxçıvan Muxtar Respublikası tarixindən. Bakı: İrşad, 1995, 144 s. 1920-ci illərin əvvəllərində erməni özbaşınalıqlarına mərkəzin laqeyd münasibətinə, kollektivləşmə əleyhinə və Naxçıvanda sovetləşməyə qarşı müqavimət hərəkatı güclü olmuşdur. Belə etiraz aksiyalarından birincisi Cəhri kəndində həyata keçirildi. Belə ki, XI Qırmızı Ordunun Naxçıvandakı özbaşınalıqlarına, talanlarına, əhali ilə sərt rəftarlarına etiraz əlaməti olaraq 1921-ci ilin yanvar ayının 28-də Cəhrililər qiyam qaldırdılar.Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması // NDU-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, No 2, səh.175–182 Bu qiyamın başında türk zabitləri dururdular. Qiyamçılar dairə inqilab komitəsinin, torpaq komitəsinin və ərzaq komitəsinin üzvlərini həbsə aldılar. Onlar Tırkeş və Qızılboğaz məntəqələrində olan əks-inqilabçılarla birləşib Naxçıvan şəhəri üzərinə yeriməyi nəzərdə tuturdular.Mədətov Q. Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in təşkili. Bakı: Çənlibel, 2001, 220 s. Üsyançılar qısa müddətə də olsa, Cəhridə sovet hakimiyyətini devirə bildilər. Onların planları daha geniş idi və çalışırdılar ki, qiyamın coğrafiyası getdikcə genişlənsin və bu işə bötüvlükdə Naxçıvan bölgəsi qoşulsun. Bu məqsədlə onlar Naxçıvanda olan türklərlə də danışıqlar aparmış və razılaşmışdılar ki, etiraz aksiyaları başlandığı təqdirdə türklər də onlara qoşulacaq və qüvvələrini birləşdirərək bolşevik hakimiyyətinə son qoyacaqlar. Qiyamın daha da genişlənəcəyindən qorxuya düşən bolşeviklər, xüsusilə də Qırmızı Ordunun və Fövqəladə Komissiyanın gördüyü tədbirlər nəticəsində onun qarşısı silahla alındı və qiyam yatırıldıqdan sonra onlarla qiyamçı Naxçıvanın hüquq-mühafizə orqanları tərəfindən həbs edildi.
Qiyamın yatırılması müvəqqəti olaraq müqavimət hərəkatını sakitləşdirsə də, onu bütövlükdə dayandıra bilmədi. Naxçıvanın müxtəlif yerlərində qısa müddətli və qeyri-kütləvi də olsa etiraz aksiyaları baş verdi. Lakin Cəhri hadisələrinin davamı 1921-ci ilin fevral ayının 18-də Qaraçuq və Tırkeş kəndlərində oldu.Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması// NDU-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, No 2, səh.175–182 Bu dəfə qiyamçılar yalnız türklərə deyil, eyni zamanda bolşevik təqiblərindən qorunmaq üçün İranda mühacirətdə olan dəstələrə də ümid bəsləyirdilər. Maraqlıdır ki, qiyam zamanı sovet hərbi hissələrində olan qüvvələrin də bir qismi qiyamçıların tərəfinə keçmişdilər. Bütün qüvvələrini səfərbər edən sovet hərbi birləşmələri və xüsusi xidmət orqanlarının silahlı dəstələri Qaraçuq qiyamını yatıra bilsələr də, Tırkeşdə bunu bir müddət edə bilmədilər. Naxçıvan Diyar Partiya Komitəsi, İnqilab Komitəsi, Naxçıvan Fövqəladə Komissiyası və Qırmızı Ordunun komandanlığı mühasirəyə alınmış, qırmızı döyüşçülərə yardım etmək çağrışı ilə ölkənin bütün zəhmətkeşlərinə müraciət etdilər. Kommunist partiyası və sovet hakimiyyətinin çağrışına cavab olaraq Şahbuz, Cəhri, Sələsüz və s. kəndlərin əhalisi antisovet qiyamçı dəstələrinə qarşı mübarizəyə cəlb edildilər. Sovet hakimiyyətinə qarşı mübarizə aparan üsyançılar o dövrün mətbuatında "quldur" adı ilə damğalanırdılar. Təkcə bu ifadə belə haqsızlıq əleyhinə çıxış edən hər kəsin katorqaya göndərilməsi üçün kifayət edirdi.
Naxçıvan Fövqəladə Komissiyası və hüquq-mühafizə orqanları üsyanlar yatırılıdıqdan sonra Qaraçuq və Tırkeş kəndlərinin üsyançılarının böyük əksəriyyətini həbs etdi. Onların bir çoxu məsuliyyətə cəlb edildi, bəziləri cərimələndi, qalanları isə müxtəlif müddətlərdə islah əmək koloniyalarında və ya həbs düşərgələrində saxlanıldıqdan sonra buraxıldı. Azadlığa buraxılanların hamısı bir nəfər kimi nəzarətə götürüldü. Onların bəzilərinə rayonu tərk etmək qadağan edildi. Həmin üsyanlarda iştirak edənlərin bir neçəsi üsyandan bir neçə il sonra həbs edildi.NMR DA , f. 116 s iy.1, iş 250
Mir Cəfər Bağırov 1925-ci ildə Mərkəzi Komitəyə göndərdiyi məktubda bildirirdi ki, 1925-ci ilə kimi Azərbaycanın müxtəlif yerlərində 52 üsyan hadisəsi baş vermişdir.Rəhimov K. Sadıxov S. Naxçıvan 1920-ci illərin burulğanında. "Dirçəliş" — XXI əsr, 1992 № 1, s.40–46 Bu fakt bir daha təsdiqləyir ki, bolşevizmə qarşı mübarizə heç də ötəri, keçici xarakter daşımamış, o güclü və mütəşəkkil olmuşdur. Azərbaycanda bolşevikləşməyə qarşı mübarizənin yeni və ən güclü dalğası 1930-cu ildə baş verdi. Belə ki, kolxoz quruculuğunda qolçomaqlara, mülkədarlara və ortabab kəndlilərə qarşı zorakılıq, inzibatçılıq, qeyri-insani rəftar və repressiyalar onların narazılığına səbəb olurdu. 1930-cu ilin əvvəllərində Şəki-Zaqatala mahalında, Xızının Ağdərə, Şəmkirin Bitdili, Cəbrayılın Sirik, Naxçıvanın isə Keçili, Milax, Ərəfsə və s. kəndlərində üsyanlar baş vermişdi.Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması // NDU-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, № 2, səh.175–182 Bu üsyanlar Azərbaycanda ictimai-siyasi vəziyyəti pozmuş və xeyli gərginləşdirmişdi.
Vəziyyəti gərginləşdirən səbəblər sırasında Moskvanın apardığı ruslaşdırma siyasəti və sovetlərin 1928–1929-cu illərdə keçirdiyi seçkilər idi. Xalqın demək olar ki, 86 faizi seçki hüququndan məhrum edilmişdi. Seçkilərdə yalnız fəhlə və yoxsul kəndlilər iştirak edə bilərdi. Ziyalılar, ortabablar, tacirlər, qolçomaqlar, mülkədarlar və s. isə seçkiyə buraxılmırdı. 1929-cu ilin sonlarından bütün ortabab kəndlilərə məxsus torpaq, əmlak, heyvan və digər məhsullar nə varsa, müsadirə edilib kollektivlərə verilməyə başladı. Həmin vaxt, xüsusi ilə 1930-cu ilin fevral, mart və aprel aylarında geniş və qanlı qiyamlar oldu. Bu dövrdə tez-tez baş verən kəndli qiyamlarını partizan hərəkatı davam etdirirdi. Bu hərəkatların bəziləri əhalinin daha çox sayını özündə birləşdirirdi.[197, s. 147]Yaqublu N. Ağrılı ömürlər. Bakı: Yazıçı, 1990, 272 s.
O dövrdə partiya və hökumətin siyasi və iqtisadi cəhətdən əhalinin mənafeyinə zidd olan qərarlarının qəbul olunması mövcud narazılıqları daha da artırırdı. Məsələn, 1930-cu ilin fevralında AK(b)P MK-nin fərdi təsərrüfatlarda olan mal-qaranın ictimailəşdirilməsi barədə qərarı kəndlilərin ciddi narazılığına səbəb olmuşdu. Bu dövrdə Naxçıvan, Şərur, Ordubad rayonlarının dağ kəndlərində silahlı çıxışlar daha da güclənmişdi.
1930-cu il martın 18-də Naxçıvanın Qızılboğaz ərazisində Qasım və Əlibəylərin idarə etdiyi partizanlarla Qırmızı Ordu arasında iki gün davam edən qanlı döyüş baş verdi. Rus əsgərləri sonradan günahsız insanları qılıncdan keçirmişdilər.Yaqublu N. Ağrılı ömürlər. Bakı: Yazıçı, 1990, 272 s. Bu səbəbdən mart-may aylarında bir sıra yerlərdə əhali tərəfindən kolxozlar ləğv edilirdi. 1930-cu il martın 20–22-də Şahbuz rayonunda cəmlənmiş 500-ə qədər silahlı kəndlinin müqavimət dəstəsinə qarşı hökumət nizami ordu hissələri yeritmişdi.Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması// NDU-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, № 2, səh.175–182 MTN-in arxivində qorunub saxlanılan 270 saylı istintaq işi də bir çox mətləblərə aydınlıq gətirir. Həmin istintaq işində göstərilir ki, Naxçıvan MSSR-də sovet hakimiyyətini devirmək məqsədilə Nəhəcir dəstəsi Naxçıvan mahalında üsyana başlayır. Üsyançılar qonşu Əbrəqunus rayonunun Sirab, Ərəzin, eyni zamanda Şahbuz rayonunun Keçili və s. kəndlərinin üsyançılarını birləşdirərək bolşevizmə qarşı mübarizə aparmışdır. İstintaq materiallarından aydın görünür ki, üsyan yatırıldıqdan sonra Dövlət Siyasi İdarəsinin əməkdaşları, xüsusilə də Orbelyan üsyançılara qarşı amansız olmuş, onların böyük əksəriyyəti güllələnmiş, bir çoxu isə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdi. Belə ki, həbs olunan 89 nəfərdən 50 nəfəri güllələnmiş, 6 nəfər üç il, 17 nəfər beş il, 4 nəfər altı il, 3 nəfər yeddi il, 3 nəfər səkkiz il, 3 nəfər on il azadlıqdan məhrum edilmişdi.Qasımov C. Yaddaşın bərpası. Bakı: Mütərcim, 1999, 256 s. Böyük "işgəncələrlə 40 ailə, o cümlədən uşaqlar, körpələr, 90 yaşlı qocalar, xəstələr, hamilə gəlin və qadınlar vaqonlara doldurulub həmişəlik yaşamaq üçün sürgünə göndərilirdi".Hüseynbəyli N. M, Behbudlu Q. N. Naxçıvanda milli-mənəvi dəyərlərin repressiyalara məruz qalması // NВГ-nun "Elmi əsərlər"i, Naxçıvan: 2012, № 2, səh.175–182 Bu cür aksiyalar respublikanın digər bölgələrində də davam etdirilirdi.
Azərbaycanda, o cümlədən Naxçıvanda bolşevizmə qarşı kütləvi aksiyaların başlanması üçün bütün şəraiti hakimiyyət nümayəndələrinin özü yaratmışdı.
Üsyanların yatırılması