Rövşən Məmməd oğlu Hüseynov () — Azərbaycanı təmsil etmiş boksçu, 1993-cü il Avropa çempionatının qalibi.

Karyerası Rövşən Hüseynov 1993-cü ilin sentyabrında Bursa şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. 1/8 final mərhələsində Ukrayna nümayəndəsi İqor Matveyçuhu, 1/4 final mərhələsində isə Bolqarıstan təmsilçisi Yulian Stroqovu məğlub edən Rövşən Hüseynov turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Türkiyə nümayəndəsi Kadir Yıldırım oldu. Bu görüşdə də Rövşən Hüseynov rəqibi üzərində qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Almaniya təmsilçisi Rico Kubat oldu. Sentyabrın 12-də baş tutan final görüşündə Rövşən Hüseynov rəqibi üzərində 8:4 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının qalibi oldu. Bununla da Rövşən Hüseynov bu idman növü üzrə Avropa Çempionatının qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.

Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli 292 nömrəli Sərəncamına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Rövşən Məmməd oğlu Hüseynov "Tərəqqi" medalı ilə təltif edildi.

Üç ildən sonra Rövşən Hüseynov 1996-cı ilin aprelində Vayle şəhərində (Danimarka) baş tutan Avropa Çempionatında mübarizə apardı. 1/8 final mərhələsində o, Ukrayna nümayəndəsi Sergey Kovqanhoya məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.

Rövşən Hüseynovun Dünya Çempionatlarında debütü 2001-ci ilin iyununda oldu. Şimali İrlandiyanın Belfast şəhərində baş tutan turnirin təsnifat mərhələsində Rövşən Hüseynov Yunanıstan nümayəndəsi Boris Georgiadisa 10:12 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini uğursuz başa vurdu. 2003-cü ilin iyulunda Tailandda da baş tutan Dünya Çempionatında Rövşən Hüseynov uğursuz çıxış etdi. Turnirin 1/16 final mərhələsində Macarıstan nümayəndəsi Henri Kertesza gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə 11:11+ hesabı ilə məğlub olan Rövşən Hüseynov növbəti dəfə Dünya Çempionatında mübarizəsini uğursuz başa vurdu.

2004-cü ilin fevralında Rövşən Hüseynov 8 ildən sonra Avropa Çempionatında mübarizə apardı. Rövşən Hüseynov turnirin təsnifat mərhələsində Niderland nümayəndəsi Husnu Koçabasa (34:22), 1/8 final mərhələsində isə Xorvatiya nümayəndəsi Filip Paliça (RSCO) qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə Rövşən Hüseynov Türkiyə nümayəndəsi Səlcuq Aydına məğlub oldu və medalın bir addımlığında mübarizəsini dayandıraraq Avropa Çempionatını beşinci pillədə başa vurdu.

Rövşən Hüseynov Azərbaycanı 2004-cü ilin avqustunda Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. 60 Kq. turnirində çıxış edən Rövşən Hüseynovun olimpiadanın 1/16 final mərhələsində rəqibi CAR nümayəndəsi Bonqani Mahlanqu oldu. Avqustun 16-da baş tutan görüşdə Rövşən Hüseynov rəqibinə 22:14 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi ABŞ nümayəndəsi Visente Esobedo oldu. Avqustun 20-də baş tutan görüşdə rəqibindən tam üstün olan Rövşən Hüseynov rəqibi üzərində 36:18 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi üç dəfə Dünya Çempionatının qalibi, 2000-ci il Sidney Olimpiadasının çempionu Kuba nümayəndəsi Mario Kindelan oldu. Avqustun 24 baş tutan görüşdə Rövşən Hüseynov təcrübəli və titullu rəqibinə 11:24 hesabı ilə məğlub oldu. Bununla da 28 yaşlı Rövşən Hüseynov olimpiadanı beşinci pillədə başa vurdu.

Nəticələri SıraİlYarışEv sahibiNəticə11993Avropa Çempionatı Türkiyə1.21996Avropa Çempionatı DanimarkaPAT32001Dünya Çempionatı Şimali İrlandiyaPAT42003Dünya Çempionatı TailandPAT52004Avropa Çempionatı Xorvatiya5.6Olimpiya Oyunları Yunanıstan5.

İstinadlar

Xarici keçidlər İkiqat dünya və Avropa çempionu — (Portret cizgiləri) Sia.az

Kateqoriya:Azərbaycanın kişi boksçuları Kateqoriya:Azərbaycanın olimpiya boksçuları Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Boks üzrə Avropa çempionları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın əməkdar idman ustaları Kateqoriya:Ermənistan azərbaycanlıları