Transmissiya yağlarının minik avtomobilinin, yük avtomobilinin, avtobusların, traktorların, lokomotivlərin, yol-tikinti və digər maşınların aqreqatlarının sürtünmə qovşağında, həmçinin müxtəlif dişli reduktorların və sənaye avadanlığının qurdvari ötürücülərində istifadəsi nəzərdə tutur.

Transmissiya yağları — müxtəlif funksional aşqarlar əlavə edilmiş baza yağlarıdır.

ГОСТ 20799–88. ГОСТ 23652–79. Масла трансмиссионныеTransmissiya – fırlanma hərəkətini mühərrikdən nəqliyyat vasitəsinin təkərlərinə, işlək maşınlara ötürən və eyni zamanda gücün sürətinin dəyişdirilməsi üçün istifadə olunan qurğu və ya sistemdir.

Transmissiyanın tərkibi Transmissiyanın tərkibinə aşağıdakılar daxildir: Mufta Kardan valı Differensial oynaqlı birləşmə Ötürücü qutu

Transmissiya yağları Transmissiya yağları – ötürücü və paylayıcı qutuların, aparıcı əsas körpülərin, sükan mexanizmlərin hər cür dişli və zəncirvari reduktorların yağlanmasında istifadə olunur.

Transmissiya yağları — əsasən qalıq neft məhsullarının selektiv təmizlənməsindən alınan ekstraktlara distillə yağları və aşqarlar (tərkibində yeyilməyə, siyrilməyə qarşı əsasən fosfor, kükürd, xlor, molibden, disulfid saxlayan) əlavə etməklə alınır. Yüksək yüklü transmissiyalı avtomobillər tətbiq olunana qədər niqroldan istifadə olunub. 1000C-də özlülük 6 – 20 mm2/san. Açıq dişli ötürücüləri yağlamaq üçün xüsusi özlülüklü, (1000C də 50 – 500 mm2/san). neftdən alınan qalıq yağlara aşqarlar əlavə olunmaqla istifadə edilir. Hipoid ötürücülərdə əsas körpülərin yağlanması üçün hipoid yağlardan istifadə olunur (tərkibində materialın səthi ilə kimyəvi reaksiyaya girərək siyrilməyə qarşı örtük əmələ gətirə bilən aşqarlar olmalı). Hipoid ötürücülər üçün nəzərdə tutulmayan yağlardan istifadə etmək olmaz (dişlər tez xarab olar). Baza yağları kimi ya mineral yağlardan ya da yarım sintetik yağlardan istifadə olunur.

Transmissiya yağlarının əsas funksiyaları Transmissiya yağlarının əsas funksiyaları; sürtünmə səthlərini yeyilmədən, siyrilmədən, pittinq əmələ gəlməsindən və s zədələrdən qorumaq; sürtünməyə sərf olunan enerji itksini minimuma endirmək; sürtünmə səthindən istiliyin kənarlaşdırılması; dişli çarxların titrəməsinin və səsinin azaldılması, zərbə yükünün azaldılması. Yağlar toksiki olmamalıdır. Aqreqatların transmissiyasının uzun müddətli və etibarlı olmasını təmin etmək üçün sürtkü yağları müəyyən xarakteristikaya malik olmalıdır: yeyilməyə, siyrilməyə, pittinqə qarşı kifayət qədər yüksək xassələrə; yüksək antioksidləşdirici stabilliyə; yaxşı özlülük-temperatur xassələrinə; transmissiya detallarına korroziya təsiri göstərməməli; su ilə kontakt zamanı yaxşı qoruyucu xassəyə; rezin kipləşdiriciləri ilə kifayət qədər uyğunluğa; köpüklənməyə qarşı yaxşı xassə; uzun müddət saxlanma zamanı yüksək fiziki stabilliyə. Transmissiya yağlarının bütün bu xassələrinə baza yağının tərkibinə müvafiq depressor, yeyilməyə, siyrilməyə, oksidləşməyə, korroziyaya, paslanmaya və köpüklənməyə qarşı aşqarlar daxil etməklə nail olmaq olar.

Transmissiya yağlarının əsas xassələri Yağlama qabiliyyəti.

Transmissiya yağının əsas funksiyası yeyilmənin azaldılması və siyrilmənin qarşısının alınmasıdır. Bu xassə yağın yağlayıcı qabiliyyəti adlanır. Özlülüyün artması ilə onun yağlayıcı qabiliyyəti artır. Hidrodinamik sürtünmə rejimində yağlayıcı qabiliyyət baza yağının özlülüyü ilə təmin olunur (yəni yağ təbəqəsinin qalınlığı ilə). Sürtünmənin hidrodinamik sürtünmə rejimi isə yalnız dişli ötürücülərin ətrafında baş verir. Kontakt zonasında birbaşa qarışıq və səthi sürtünmə rejimi müşühidə olunur. Transmissiyada yüksək temperatur və yükləmə təsiri nəticəsində, səthi sürtünmə rejimində yaranan yeyilmə və siyrilməyə qarşı müdafiə üçün adətən kükürd-fosfor-bor saxlayan qarşı aşqarlardan istifadə edirlər. Səthi sürtünmə rejimində sürtkü materialının qoruyucu örtüyü çox nazilir və bu zaman dişli çarxların mikrokontakt nöqtəsində çox yüksək temperatur yaranır, bu da saniyənin onmində birində metalın ərimə temperaturuna çatır və onu aşa bilirlər. Bu yeyilməyə və siyrilməyə qarşı olan aşqarların aktiv elementləri metalla kimyəvi reaksiyaya girərək metallara nisbətən daha kiçik gərginlik keçidli modifikasiya olunmuş (eftektik qarışıq deyə adlandırılan) təbəqələr əmələ gətirir. Bu modifikasiya olunmuş laylar (yağa daxil olan aşqardan asılı olaraq) sulfid, oksid, fosfor və dəmirfosfidlərdən ibarət olur. Modifikasiya olunmuş qoruyucu təbəqə bir anda yaranaraq dişli çarxları siyrilmədən qoruyur. Bundan sonra transmissiya aqreqatında meydana gələn təsir nəticəsində bu qoruyucu örtük qismən yeyilməyə məruz qala bilər. bu vaxt çarxların dişlərinin kontakt nöqtəsində yenə temperaturun yüksəlməsi baş verir, bu da reaksiyanın təkrarlanmasını və təbəqənin yenidən əmələgəlməsinə gətirib çıxarır və s. Beləliklə, transmissiya yağlarına daxil olan yeyilməyə və siyrilməyə qarşı aşqarların təsir mexanizmi qısaca buna bənzəyir. Bu şəraitdə kontakt – hidrodinamik yağlama rejimində olduğu kimi yağın özlülüyünün prinsipial əhəmiyyəti yoxdur. Lakin az özlülüklü yağın çox nazik təbəqəsində kifayət qədər siyrilməyə qarşı aşqar olmaya bilər, bunun nəticəsi olaraq metal səthlərinin bir-birinə kontaktda olmaq təhlükəsi yaranır. Bu səbəbdən az özlülüklü transmissiya yağını hazırlayarkən onların tərkibinə siyrilməyə qarşı potensialını artırmaq üçün daxil edilən kükürd-fosforsaxlayan aşqarın qatılığını 1,5 dəfə artırırlar.

Özlülük və sürtünməyə sərf olunan enerji itkisi

Transmissiya yağlarının özlülük-temperatur xassəsinin onun istismar xarakteristikası üçün böyük əhəmiyyəti var. Sürtünməyə gücün itkisi, həmçinin yağın yağlama qovşağında qala bilməsi özlülükdən asılıdır. Özlülüklə avtomobillərin transmissiyanın aqreqatlarında gücün itirilməsi arasında birbaşa əlaqə var. Özlülük nə qədər azdırsa, daxili sürtünməyə enerjisi itkisi bir o qədər az olur, transmissiyanın faydalı iş əmsalı (FİƏ) çox olur. Lakin yağın özlülüyünün azalması ilə siyrilmənin, yeyilmənin, pitinqin artma qorxusu əmələ gəlir. Bundan başqa, yağın özlülüyünün təyin olunmuş səviyyədən aşağı olması onun sıxılmasının qüsursuz olmadığından və ya transmissiyanın kifayət qədər hermetik olmamasından yağın sərfini çoxaldır. Bununla əlaqədar yağların hazırlanması zamanı ona çox təzadlı tələblər irəli sürülür. Transmissiyaların soyuq, mümkün olan aşağı temperaturda işə salınması və ötürmədə sürtünmə itkisinin minimuma endirmək üçün yağın özlülüyü minimum, ancaq yağın qoruyucu örtüyünün daşıyıcılıq qabiliyyətini təmin etmək üçün və sıxılmadan itkinin az olması üçün özlülük maksimum olmalıdır.

Termooksidləşdirici stabillik

Transmissiya yağları dişli ötürücülərdə işləmə prosesində sürtünmə nəticəsində intensiv qızırlar. Yüksək temperaturun havanın oksigenin aktiv təsir və metal səthlərinin katalitik təsiri yağın çox güclü oksidləşməsilə, çöküntüyə çevrilən həllolmayan maddələr əmələ gəlməsi ilə nəticələnir.

Yağın oksidləşməsi nəticəsində onun fizizki-kimyəvi və istismar xassələri dəyişir: özlülüyü artır, yeyeilməyə qarşı xassəsi zəifləyir. Yağın oksidləşmə sürəti və dərinliyi oksidləşmə müddətindən, yağın temperaturundan, metalın katalitik təsirindən və oksigenin miqdarından asılıdır. Oksidləşməni sürət effekti əsasən yağın temperaturundan asılıdır. Baza yağının tərkibi də transmissiya yağının oksidləşmə xassəsinə həmçinin təsir göstərir. Məsələn, bazanın tərkibində əsasında qalıq komponentin azalması yağın termooksidləşmə stabilliyinin bunu uyğun olaraq mütənasib artması müşühidə olunur. Transmissiyada yağların işlənməsi zamanı onun bütün komponentləri, hətta tərkibində olan aşqarlar belə oksidləşir. Bu zaman yağın istismar xassəsi pisləşir. Əsasən yağın tərkibində siyrilməyə qarşı aşqarın az olması çox təhlükəlidir, bu, mexanizmlərin sıradan çıxmasına səbəb olur. Oksidləşmə prosesinin ləngiməsi üçün transmissiya yağlarına antioksidləşdirici aşqar əlavə edirlər. Antioksidləşdiricilər sərbəst radikallarla və hidroperoksidlərlə reaksiyaya girərək yağda həll olan qeyri-aktiv birləşmələr əmələ gətirir, ya da bu materialları parçalayıb daha az aktiv maddələr əmələ gətirərək yağın oksidləşmə dərəcəsini azaldılırlar.

Korroziyaya qarşı xassələr

Avtomobillərin transmissiya aqreqatların hazırlanmasında alüminiumdan, misdən və onların qarışığından, poladdan, tərkibində qurğuşun saxlayan müxtəlif ərintilərdən istifadə olunur. Rəngli metallardan hazırlanan detallar oksidləşmə zamanı alınan turş maddələrlə kimyəvi reaksiyaya girərək çox asanlıqla korroziyaya uğrayırlar. Yağ nə qədər çox oksidləşirsə metalı o qədər tez korroziyaya uğradır. Buna görə, yağın korroziyaya qarşı aktivliyi, onun oksidləşməsinə təsir göstərən faktorlardan asılıdır. Metalın səthinin korroziyası həmçinin su iştirakilə artır. Rəngli metalları turs maddələrdən qorumaq üçün transmissiya yağlarına korroziya inhibitorları daxil edirlər. Bu aşqarlar yağda aqressiv elementlərin qatılığını azaldaraq oksidləşmə prosesini ləngidir, ya yağda əmələ gələn turş maddələri neytrallaşdırır ya da metal səthində onun aqressiv maddələrlə birbaşa təmasının qarşısını olan qoruyucu örtük əmələ gətirir. Belə qoruyucu örtük eyni zamanda metalın yağın oksidləşməsinə katalitik təsirini azaldır. Buna görə də korroziya inhibitorlarının əksəriyyəti metalın dezaktivatoru hesab olunurlar.

Mühafizəedici xassələr

Avtomobilin istismarı zamanı sürtkü yağına su düşə bilər Bu, havada olan su buxarlarının kondensasiyası və ya suyun kipləşdiricilərin məsamələrdən keçməsi nəticəsində baş verir. Sularda adətən qeyri-üzvi duzlar və korroziya-aqressiv komponentlərə rast gəlinir. Su cərəyan keçirən naqil rolunu oynadığından bütün bunlar elektrokimyəvi korroziyanın əmələ gəlməsi üçün şərait yaradır. Yağın tərkibinə paslanmaya qarşı aşqar adlanan mühafizəedici aşqarlar daxil etməklə elektrokimyəvi korroziyanın qarşısını alırlar. Mühafizəedici aşqarların təsir mexanizmi metalın səthindən, nəmliyin və digər elektrolitlərin sıxışdırıb çıxarılması və onun üzərində metalın aqressiv mühitlə təmasının qarşısını alan davamlı adsorbsiya mühafizəedici örtüyünün əmələ gəlməsi ilə izah olunur.

Köpüklənməyə qarşı davamlılıq

Dişli ötürücülərin işləməsi zamanı sürtkü yağları intensiv qarışmağa məruz qalırlar, bunun nəticəsində 0na hava daxil olur və köpük əmələ gəlir. Yağların köpüklənməyə qarşı davamlığı onun karbohidrogen tərkibindən, təmizlik dərəcəsindən, onu təmizləmə üsulundan, funksional aşqarların təbiətindən, təzyiq və temperaturdan çox asılıdır. Naften yağlarında havanın həll olması parafin yağlarından daha çoxdur. Havanın yağlarda həll olması temperaturun və təzyiqin aşağı düşməsi ilə azalır. Temperaturun artması ilə köpüklənmə prosesi intensivləşir, özü də bu yağın özlülüyü az olduqca daha effektli olur. Çirkləndirici qarışıqlar, bəzi hallarda isə funksional aşqarlar mühafizəedici örtüyün səthi gərilməsini artıraraq köpüyün davamlılıq dərəcəsini artırır və bunun nəticəsi olaraq dişli çarxlar yalnız yağ-hava qarışığı ilə yağlanır, bu da dişli çarxların tez bir vaxtda sıradan çıxmasına səbəb olur. Köpüklənməyə qarşı aşqarların əsas təyinatı işlənən aqreqatda stabil köpüyün əmələ gəlməsinin qarşısını almaqdır. Köpüklənməyə qarşı aşqarlar havanın kiçik qabarcıqlarını ayıran qoruyucu örtüklərin səthi gərilməsini azaldırlar. Bunun nəticəsində qabarcıqlar birləşərək böyüyürlər, asan dağılırlar və köpük sönür. Kimematik özlülüyün 100oC-də səviyyəsindən asılı olaraq transmissiya yağları dörd sinfə bölünür.

Keçmiş Sovetlər məkanı sistemi ilə transmissiya yağlarının siniflərə ayrılması Keçmiş Sovetlər məkanı sistemi ilə transmissiya yağları aşağıda qeyd olunanlara əsasən siniflərə bölünür: T – transmissiya yağı A – avtomobil yağı D – uzun müddətli işləyən yağ C – kükürdlü neftdən alınan yağ п – yağın tərkibində aşqar var k – KAMAZ avtomobilləri üçün yağ И – yağın tərkibində xarici aşqar var Yağın üzərində göstərilən rəqəm 1000C-də kinematik üzlülüyü göstərir (mm2/san santistoksla).

Ötürücü və paylayıcı qutular, əsas aparıcı körpülər, sükan mexanizmlərinə aşağıdakı yağlar istifadə olunur:

– Тсп – 14,5