Bakı qulaqları (Kərkəs dağı) – Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ.
Haqqında Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs.
Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır. alt=Kərkəs yüksəkliyi|left|thumb|271x271px|Kərkəs yüksəkliyi Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir.
Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir.
Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir. Ərazinin bitki örtüyü doqquzdon, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir. alt=Taxtalıq yüksəkliyi|left|thumb|272x272px|Taxtalıq yüksəkliyi Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir.
Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər. Lakin bu quma lupa altında xeyli böyüdülmüş formada baxıldıqda məlum oldu ki, qum zərrəcikləri vulkanik sahələrdə yaranan ağappaq dənəciklərdən ibarətdir.Maksimoviç Q.A., Maksimoviç N.A. Keçmişin şahidləri: Daşlar nə barədə danışır. M. 1955, s.28 (rusca)
"Bakı qulaqları" xatirələrdə Bakı qulaqları barədə Qılman İlkin “Köhnə Bakını tanıyırsanmı” əsərində belə yazır:
Həmçinin bax Torağay palçıq vulkanı Kənizdağ Qaranquş dağı Otman Bozdağ palçıq vulkanı
Xarici keçidlər Qılman İlkin: Köhnə Bakını tanıyırsanmı Naviqasiya xarakterli təsvir: Bakı buxtasından Çeçen adalarına Свидетели прошлого: О чем рассказывают камни Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri
İstinadlar
Kateqoriya:Abşeron rayonunun dağları