Hadisələr

Yanvar 28 yanvar Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində mühüm yer tutan "Azərbaycan" jurnalının ilk sayının çapdan çıxması. "Maarif və mədəniyyət" jurnalının işıq üzü görməsi.

Mart 12–15 mart — Azərbaycan K(b)P V qurultayının keçirilməsi. 18 mart — Azərbaycan XKS və MİK tərəfindən "Azərbaycan SSR əhalisi içərisində savadsızlığın ləğvi haqqında" qərar qəbul edilməsi, savadsızlıqla mübarizə üçün Xüsusi Komitənin yaradılması.

Aprel "İliç buxtası" neft mədəninin əsasının qoyulması.

May 23 may — Azərbaycan Mərkəzi Dövlət kitabxanasının yaradılması.

İyun Azərbaycan Arxeologiya Komitəsinin təşkil olunması.

İyul 7 iyul — Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil olunması.

Avqust 2 avqust — ABŞ-də respublikaçı K. Kuliçin prezident seçilməsi və "Amerikanın işi biznesdir" şüarının irəli sürülməsi.

Sentyabr 1 sentyabr – Tokionu və Yokohamanı məhv edən Böyük Kanto zəlzələsi baş verir, təxminən 105 000 adam həlak oldu.

Oktyabr 20 oktyabr – Azərbaycan SSRin rəsmi olaraq latın qrafikalı əlifbaya keçilməsi, "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekretin qəbul edilməsi. 29 oktyabr – Türkiyə Respublikası quruldu.

Noyabr 2 noyabr — Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin əsasının qoyulması. "Şərq qadını" (indiki "Azərbaycan qadını") adlı ədəbi, ictimai, siyasi jurnalının nəşrə başlaması.

Dekabr * 2 dekabr — ABŞ Konqresində prezident Ceums Monronun müraciəti. Monro doktrinası elan edildi.

Doğumlar 12 fevral – Franko Zeffirelli, İtaliya kino rejissoru. 28 aprel – Zərifə Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. 10 may – Heydər Əliyev, Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti. 31 may – , Monako knyazı. 24 may - Alfredo Pyeroni, İtalyan jurnalist, müəllif və siyasi Müsahib idi. 4 oktyabr – Çarlton Heston, ABŞ aktyoru 16 oktyabr – Gülhüseyn Hüseynoğlu, Azərbaycan yazıçısı və ədəbiyyatşünası. 15 noyabr - Lento Qoffi, İtaliya şairi və yazıçısı.

Ölümlər 16 yanvar — Əbdül Kərim Paşa, Türk əsgəri. 27 dekabr — Qustav Eyfel, Eyfel qülləsinin qurucusu 2 avqust — Uorren Hardinq, ABŞ Prezidenti