İvane Cavaxişvili (; ) — Gürcü əsilli SSRİ tarixçisi, ictimai xadimi, Tbilisi Dövlət Universitetinin qurucularından biri, Sovet İttifaqı elmlər akademiyasının akademiki, tarix elmləri doktoru, professor.
Həyatı İvane Cavaxişvili Tbilisidə, Aleksandr Cavaxişivili və Sofiyo Vaxvaxişvilinin ailəsində anadan oldu. Atası şahzadə Aleksandr Cavaxişivili gimnaziya müəlimi idi. 1895-ci ildə İvane Tbilisi birinci gimnaziyasını bitirdi,1899-cu ildə isə Sankt-Peterburq Dövlət universitetinin şərqşunaslıq fakültəsinin gürcü-erməni-iran dilləri bölümünü. 1899–1901-ci illərdə həmin universitetin maqistrantı olmuşdu. 1901–1902 illərdə Berlin Universitetinin akedemik ziyarətcisi idi. 1902-ci ildə müşaviri olan Nikolay Marr ilə birlikdə Sina dağında orta əsr gürcü əlyazmalarını araşdırdı. İlk iri həcimli Gürcü millətinin tarixi ( kartveli eris istoria ) əsərindən sonra ki, hələ tamamlanmamışdı, alim tez bir zamanda Gürcüstan və Qafqaz tarixi, Gürcüstan Gürcü qanunvericiliyi, paleoqrafiya, diplomatiya, musiqi, drama və digər mövzularda mühüm işlər apararaq özünü üstün bir mövqedə qərarlaşdırdı.Mikaberidze, Alexander (ed., 2007), Javakhishvili, Ivane . Dictionary of Georgian National Biography. Accessed 3 July 2007.
1918-ci ilin əvvəllərində İvane Cavaxişvili Gürcüstanın Tbilisidəki ilk mütəzəm universitetinin təsis edilməsində mühüm təsiri var idi, beləliklə, gürcü ziyalılarının əsrlər boyu uzun müddət arzusu həyata keçirdi .Devid Marşal Lenq (1962), A Modern History of Georgia, p. 211. London: Weidenfeld and Nicolson. O Tbilisi Dövlət Universitetinin (hansı ki, günümüzdə İvane Cavaxişvili Adına Tbilis Dövlət Universiteti olaraq bilinir) professoru və Gürcüstan tarixi şöbəsinin başcısı oldu. 1919-cu ildə Cavaxişvili Peter Melikeşvilini universitetin 2-ci rektoru olaraq seçdi. O 1924-cü il gerçəkləşdirilən anti-avqust-sovet inqılabından sonra marksist olmayanların tolerantlığı kontraktına əsasən 1926-cı ilə qədər universitetdə xidmət göstərdi.Ronald Qriqor Süni (1994), The Making of the Georgian Nation, p. 223. Indiana University Press, ISBN 0-253-20915-3. Onun tədris və nəşriyyat etməsinə icazə verilməsinə baxmayaraq, fəaliyyətinin məhdudlaşdırılması həyatını qurtardı, hansı ki, universitetdəki varisindən bəri, Stalinist Böyük Təmizlik kampanyasının qurbanları sırasında idi (1936–1937).Lang (1962), s. 245. 1938-ci ildə universitetdən çəkilməyə məcbur edildi lakin, tezliklə 1940-cı ildəki Tiflisdə vəfatına qədər rəhbərlik edəcəyi Gürcüstan Dövlət Muzeyində Tarix şöbəsinin direktoru təyin edildi. Onun məzarı Tbilisi Dövlət Universitetinin bağçasındadır.
Elmi işləri və mirası İvane Cavaxişvili Gürcüstanın siyasi, mədəni, sosial və iqtisadi tarixinin müxtəlif aspektləri ilə məşğul olan 170-dən çox əsərin müəllifidir. İvane cavaxişvilinin ən əsas əsəri olan Gürcü millətinin tarixi əsəri 1908-ci 1949-cu illər arasında dərc edilmişdir.
İstinadlar
Əlavə oxu
Akaki Surguladze (1976), "Ivane Javakhishvili (1876–1940)" Sergo Jorbenadze (1986), Life and Works of Ivane Javakhishvili, Publishing House of the Tbilisi State University, 611 pp. (In Georgian) Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:Tbilisi Universitetinin parkında dəfn olunanlar Kateqoriya:SSRİ muzeylərinin direktorları Kateqoriya:Karveloloqlar Kateqoriya:Gürcüstan dilçiləri Kateqoriya:Gürcüstan tarixçiləri