Tehran konfransı — 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində Antihitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Vinston Çörçill (Böyük Britaniya)nın,bu liderlər sonralar Yalta konfransında və Podstam konfransında da görüşmüşlər. iştirakı ilə keçirilmiş konfrans.

İkinci dünya müharibəsinin gedişində diplomatik mübarizədə Tehran konfransı xüsusi yer tutur. Müharibənin gedişində əsaslı dönüş başa çatdıqdan sonra antihitler koalisiyasının əsas dövlət başçılarının - Stalinin, Ruzveltin və Çörçillin iştirakı ilə 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Tehran konfransı keçirildi. Avropada ikinci cəbhənin açılması haqqında məsələ konfransın işində mühüm yer tuturdu. Bu, müttəfiqlər arasında ən kəskin məsələlərdən biri idi. Məsələnin müzakirəsi müttəfiqlər arasında fikir müxtəlifliyini göstərdi. Çörçillin ikinci cəbhənin Aralıq dənizindən və Balkanlardan, Ruzvelt və Stalin isə Avropanın şimalından açılmağı təklif edirdilər. Lakin Çörçill planı həyata keçmədi, ikinci cəbhəni 1944-cü ilin mayında “Overlord” adı altında Fransanın şimalında açmaq barədə qərar verildi.

Müttəfiq dövlətlər Türkiyənin antihitler koalisiyası tərəfindən müharibəyə qoşulmasına dair tədbir görəcəkləri barədə razılığa gəldilər. Stalin Yaponiyanın bitərəflik haqqında sovet-yapon müqaviləsini pozmasını əsas götürərək Almaniya məğlub edildikdən sonra Yaponiyaya müharibə elan ediləcəyini bildirdi.

Konfransda Almaniyanın taleyi məsələsi müzakirə edildi. Üç dövlət başçısı Almaniyadan bir daha yeni müharibə törənməməsi üçün tədbirlər görəcəklərini bildirdilər. Ruzvelt Almaniyanı 5 dövlətə bölməyi təklif edirdi. Çörçill bu təklifi bəyəndi.

Konfransda Polşa haqqında məsələ də müzakirə olundu. Polşa dövlətinin sərhədlərini Kerzon xətti ilə Oder çayı boyunca ədalətli və tarixi həll etmək barədə qərar qəbul edildi.

Konfransın gedişində, 1 dekabrda Ruzveltlə söhbətində Stalin müharibədən sonrakı dövrdə beynəlxalq mühasibətləri tənzimləmək üçün bir beynəlxalq təşkilatın yaranmasını təklif etdi, lakin bu konfransda hər hansı bir beynəlxalq təşkilatın yaradılması barədə qərara qəbul edilmədi.

Tehran konfransı müttəfiq dövlətlərin müharibənin tezliklə qurtarmasına yönəldilən birgə səylərini nümayiş etdirdi. Konfransın böyük tarixi əhəmiyyəti oldu. O, faşist blokunun böhranının dərinləşdirilməsində mühüm rol oynadı.Юрий Львович Кузнец: Тегеран-43 : Крах операции "Длин. прыжок". ЭКСМО, Moskau 2003,

İstinadlar

Ədəbiyyat

Best, Geoffrey. Churchill: A Study in Greatness. London: Hambledon and London, 2001. "Cold War: Teheran Declaration." CNN. 1998. 26 March 2006. Feis, Herbert. Churchill-Roosevelt-Stalin (Princeton U.P. 1967), pp. 191–279 Foster, Rhea Dulles. "The Road to Tehran: The Story of Russia and America, 1781 – 1943." — Princeton, New Jersey: Princeton University Press, 1944. — 279 p. Hamzavi, A. H. "Iran and the Tehran Conference," International Affairs (1944) 20#2 pp. 192–203 in JSTOR McNeill, Robert. America, Britain, & Russia: their cooperation and conflict, 1941–1946 (1953) 348-68 Mastny, Vojtech. "Soviet War Aims at the Moscow and Tehran Conferences of 1943," Journal of Modern History (1975) 47#3 pp. 481–504 in JSTOR Mayle, Paul D. Eureka Summit: Agreement in Principle & the Big Three at Tehran, 1943 (1987, U of Delaware Press) 210p. Тегеранская конференция руководителей трех союзных держав - СССР, США и Великобритании / Громыко А.. — М.: Издательство политической литературы, 1974. — Т. 2. — 175 с. — (Советский Союз на международных конференциях периода Великой Отечественной войны 1941-1945 гг.). Бережков В. Тегеран 1943. — М.: Издательство Агентства печати Новости, 1968.

Xarici keçidlər

Encyclopædia Britannica, Teheran Conference United States Department of State Материалы Тегеранской конференции Секретный вояж (Официальный сайт Минобороны России) Тегеранская конференция 1943 г. и проблема второго фронта (Официальный сайт Минобороны России) Тегеран-Ялта-Потсдам «Декларация трёх держав» и «Декларация трёх держав об Иране» Шваниц В. Г. 4-2010 Сталин, Рузвельт и Черчилль в Иране (Stalin, Roosevelt und Churchill in Iran, Webversion)

Qeydlər

Kateqoriya:Beynəlxalq konfranslar Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Birləşmiş Krallıq–SSRİ münasibətləri Kateqoriya:Tehran tarixi Kateqoriya:İosif Stalin Kateqoriya:SSRİ tarixi Kateqoriya:İkinci Dünya müharibəsindən sonra Kateqoriya:Polşa–Birləşmiş Krallıq münasibətləri Kateqoriya:İkinci Dünya müharibəsində siyasət Kateqoriya:1943-cü ildə beynəlxalq münasibətlər