Sultan Əsədulla oğlu Qafarzadə () — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi, Azərbaycan SSR Ali Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Kirovabad Şəhər Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin üçüncü katibi, Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibi.
Həyatı Sultan Qafarzadə 1908-ci ildə Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə Pionerlər Evinin rəhbəri kimi başlamışdır.
Siyasi fəaliyyəti Sultan Qafarzadə aktiv şəkildə Komsomolda fəaliyyət göstərmişdir. O, 1925–1931-ci illərdə Komsomol təşkilatlarında rəhbər vəzifələrdə çalışmışdır. Bakı, Şamaxı, Quba qəza komsomol komitələrində katib, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Dağıstan Vilayət Komitəsinin katibi vəzifələrində çalışmışdır.
Sultan Qafarzadə 1927-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Sultan Qafarzadə bir müddət Zaqatala MTS-nin siyasi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Sultan Qafarzadə daha sonra Azərbaycan Kommunist Partiyası Zaqatala, Qax, Qaryagin, Kürdəmir və Xaçmaz rayon komitələrində katib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. O, 1939-cu ildən Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin üçüncü katibi, 1940-cı ildən Azərbaycan Kommunist Partiyası Kirovabad Şəhər Komitəsinin birinci katibi, 1941-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində kadrlar üzrə katib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1944-cü ildən isə Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsində çalışmışdır.
Sultan Qafarzadə II çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. O, 513 nömrəli Təzəkənd seçki dairəsi üzrə III çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.
Təltifləri Sultan Qafarzadə 27 aprel 1940-cı ildə "Lenin" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibləri Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:ÜİK(b)P-nin XVIII qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XVIII konfransının nümayəndələri