Eduard M. "Teddi" Sirs () — Amerikalı aktyor. TNT-nin Barın Yüksəlişi dramında Riçard Patrik Ulsli rolunu, FX-in Amerikan Qorxu Hekayəsi antologiyanın birinci mövsümündə Patrik rolunu eləcə də Showtime-ın period dramı olan Seksin Ustaları serialında Austin Lanqman və The CW-nun super qəhrəman serialı olan Fləş-də Ovçu Zuum rolları ilə tanınır. Həyatı Teddi Vaşinqton şəhərində doğulub və Çevi Çeysdə böyüyüb. O orta təhsilini Batesdə Landon Məktəbində aldı.https://web.archive.org/web/20160303230248/http://onelifetolive.about.com/library/bios/blsears_bio.htm Teddi ailəsindəki atletika ilə məşğul olan insanlardan ilhamlanaraq təhsil aldığı Meriland Universiteti üçün futbol oynayıb. Teddinin babası 1912-ci ilin olimpiya oyunlarında tapança atışı üzrə yarışda iştirak etmiş və qızıl medal qazanmışdır. Xalası isə 1956-cı ilin oyunlarında iştirak etmişdir.https://www.youtube.com/watch?v=zfdY4MbL3zw=2m38s Daha sonra o Virciniya Universitetinə transfer olaraq 1999-cu ildə burada biznesin idarə edilməsi dərəcəsi ilə məzun oldu.

Karyerası Teddinin biznes karyerası universitetdən məzun olduqdan sonra Nyu Yorka gedəndə başladı. İlk kastinqlərdən uğurla keçən Teddi Yaşamalı Bir Həyat serialı ilə 2 illik müqavilə bağladı. Qanun və Qarar və Vuupi seriallarında oynadığı bir neçə ardıcıl rollardan sonra o, aktyorluq proqramına qoşulmağı qərara aldı və Nyu Yorkun tanınmış müəlimlərindən olan Uilyam Esper ilə işlədi. Bu ciddi məşqlərdən sonra o, Devid Letterman ilə Gecə Şousu və Konan O'Brayn ilə Gecə Şousu komediyalarında göründü. Teddi özünün ilk lakin nümayiş olunmamış studiya filminin layihəsi ilə tanış olmaq üçün Los Ancelesə getdi.

O, TNT-nin original serialı olan Barın Yüksəlişi-ndə Riçard Patrik Uelsli rolunu canlandırdı. Daha sonra Coss Vedonun Gəlincik Ev serialında, Lifetime-ın original filmi olan Müştəri Siyahısı-nda eləcə də Tomas Koul rolu ilə Müdafiəçilər serialında çəkildi.

2013-cü ildə Showtime dramı olan Seksin Ustaları serialında əsas rola çəkildi. 2015-16-cı illərdə ardıcıl rol ilə Fləş-də Cey Qarrik / Fləş rolunu canlandırdı. Sonradan isə onun Fləşdəki rolunun əslində Ovçu Zuum olduğu məlum oldu. 2017-ci ildə 24: Miras serialında Keit Mullins rolunu oynadı.

Şəxsi həyatı Teddi 5 oktyabr 2013-cü ildə aktrisa Milissa Skoro ilə evləndi. Boş vaxtlarında o, sörf ilə məşğul olur və buzüstü hokkey oynayır. Onun Kristian və Rikki adlı iki qardaşı və Diana adlı bacısı var. Filmoqrofiya + Film İl Filmin adı Rol Qeydlər2001Bütün Müharibələrin SonunaParatruper2005Ualter Frummun MirasıStefan2005ArasındaKen2006Kosa BellaHəyat yoldaşQısametrajlı film2007Alovlu Evin İtiTerrens Xan2008TəsdiqlənməmişNyu Yorklu2009Subay KişiMr. Strunk2015ƏyriKristian Lauqton2016Altı HəyatlarCoş Miers2017LivMayklİstehsalda

+ Televiziya İl Filmin adı Rol Qeydlər2001Şəhərdə SeksŞou aparıcısıSeria: "Həqiqi Mən"2001Yaşamalı Bir HəyatÇad BennettSeria: 72072003Qanun və Qərar: Xüsusi QurbanCoş SanfordSeria: "Hakimiyyət"2004VuupiOffisiantSeria: "Şəhərdə Seks Olmaz"2004Qanun və Qərar: Kriminal NiyyətTeddiSeria: "İll-Bred"2005Devid Letterman ilə Gecə ŞousuKor Ədalət2 eria2005Konan O'Brayn ilə Gecə ŞousuKonanın yüksək keyfiyyət versiyası Seria 29 aprel 2005-ci ildə yayımlandı2005Devid Letterman ilə Gecə ŞousuBetmen12-ci mövsüm, seria 1592006ƏdalətQreq HollSeria: "Portağallı Pərdələrin Arxasında"2006Sunset Strip-də Studia 60Darren Uells2 seria2006–07Çirkin BettiOvçu2 seria2006CSI: MayamiPiter Kinkella2 eria2007YaşışlarMitçell ParksSeria: "5-ci addım"2007Böyük EşqQreq SamuelsonSeria: "Dairəvi Vaqonlar"2007DivanələrKiks MatertonSeria: "Üzdəki Qırmızılıq"2008karpulersYaraşıqlı KişiSeria: "Çox Yaraşıqlı Kişi"2008Las VeqasBrayn O'TulSeria: "Qalibiyyət, Yer, Binqo"2008Nişanın QanunlarıDreykSeria: "Optimal Kişi"2008–09Barın YüksəlişiRiçard Patrik UilsliƏsas rol; 24 seria2008Samantha Kim?BredSeria: "Ailə İstirahəti"2009Gəlincik EvMaykSeria: "Ehtiyaclar"2010Qanun & Qərar: Xüsusi Qurban Qarrett BleynSeria: "Yararsız"2010Arxa Bağda Toyİvan SlausonTeleviziya filmi2010Müştəri SiyahısıReks HortonTeleviziya filmi2010–11MüdafiəçilərADA Tomas Koul9 seria2011Təyyarənin MənzərəsindəTom KulpakSeria: "Döyüşçü Deyiləm, Yaşayan İnsanam"2011Lazımlı KobudluluqBobbi KalduellSeria: "Poker Sifət"2011Torçvud: Möcüzəli GünYaşıl Gözlü Kişi4 seria2011Amerikan qorxu hekayəsi: Qatil evPatrik4 seria 2011–12Mavi BludlarSem Kroft2 seria2011Rizzoli & AyzlesRori QrahamSeria: "On Yeddi Heçdə Yaxşı Deyil"2012Dru Piterson: ToxunulmazMayk AdlerTeleviziya filmi2012Herrinin QanunuAlan BaqleySeria: "Az Dəhşətlər"2012–13666 Park KüçəsiDetektiv Hayden Kuper5 seria2013–16Seksin UstalarıHəkim Austin Lanqam20 seria2015–16Fləş Ovçu Zuum19 seria201724: MirazKeit MullinsƏsas rol

Xarici Keçidlər

İstinadlar

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1977-ci ildə doğulanlar Kateqoriya:6 apreldə doğulanlar Kateqoriya:ABŞ-də doğulanlar Kateqoriya:ABŞ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ televiziya aktyorları