Osman Mühəmmədəli oğlu () — Başqırd milli hərəkatının xadimi.

Həyatı Osman Mühəmmədəli oğlu 1897-ci ildə Orenburq quberniyasının Orsk rayonunun Ziyançurino kəndində anadan olub. 1917-ci ilin iyulunda Orenburqda başqırd qurultayında iştirak etdi. Başqırd mərkəzi icraiyyə komitəsinin üzvü seçilmişdir. 1919-cu ilin 20 iyunundan — Başqırd hərbi-inqilabçı komitəsinin torpaq bölməsinin Kollegiyasının üzvü olub. Almaniyada emiqrasiyada olub. Sonra Bakı tibbi institutunda dərs deyib. 1956-cı ildə, Azərbaycan SSR, Bakı şəhərində vəfat edib.

Ailəsi Atası: Kuvatov, Mühəmmədqalim Əbdülqani oğlu — maarifçi. Qardaşı: Kuvatov, Qumer Qalim oğlu — Başqırd milli hərəkatının aktiv iştirakçısı, BMSSR (1919–1928), ictimai və dövlət xadimi, cərrah.

İstinadlar

Ədəbiyyat Ярмуллин А. Ш. Автономиялы Башҡортостан байрағы аҫтында. Өфө, 2009.

Mənbə Osman Kuvatov (rus dilində)