Hadisələr 1 iyul — Almaniya milli futbol komandası tərəfindən Rusiya milli futbol komandasının 16:0 hesabı ilə məğlub edilməsi. 12 fevral - Çində Tsin monarxiyasının ləğv edilməsi. 1 noyabr — Balkanlarda yaranan hərbi vəziyyət səbəbilə Salonikidə sürgündə olan sabiq Osmanlı sultanı II Əbdülhəmid alman səfirliyinə aid Loreley döyüş gəmisiylə gətirilərək Bəylərbəyi sarayına yerləşdirildi. 3 dekabr — Türkiyə, Bolqarıstan, Serbiya və Monteneqro arasında sülh sazişi imzalanmışı, I Balkan müharibəsinin başa çatması. 20 dekabr - Rusiyada çar tərəfindən Stolıpin aqrar siyasətinin müəyyən məhdudluqla özündə əks etdirən canişin layihəsinin təsdiq edilib qüvvəyə minməsi. İtaliya-Türkiyə müharibəsinə son qoyan Lozanna sazişinin imzalanması. Rusiyanın və xarici ölkələrin yeddi nəhəng bankı tərəfindən "Oyl" inhisar birliyinin təşkil edilməsi. Titanik gəmisinin batması. "Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanun IV Dövlət Duması tərəfindən təsdiq edildi. 16 avqust - Gəncə şəhərində Tiflis kommersiya bankının şöbəsi açıldı.

Doğumlar Məhəmməd Qocayev - SSRİ Gürcüstan dövlət xadimi. 3 mart — Manaf Süleymanov - azərbaycanlı yazıçı və tərcüməçi (ö. 2001). 19 mart — Adolf Qaland - alman pilot. 28 may - Patrik Vayt - Avstraliyalı yazıçı. 23 iyun — Alan Turinq - ingilis riyaziyyatçı və kompüter mütəxəssisi və müasir kompüterlərin qurucusu (ö. 1954). 10 avqust — Jorji Amadu və Braziliya yazıçısı və ictima-siyasi xadimi və modernist məktəbin nümayəndəsi. 14 iyul — Vudi Qatri - amerikalı söz yazarı və xalq musiqisi sənətçisi. 6 fevral - Eva Braun -Adolf Hitlerin həyat yoldaşı

Ölümlər 17 iyul — Anri Puankare 16 avqust — Virciniya Kristian — 20-ci əsrdə Virciniya əyalətində edam olunan ilk qadın cinayətkar.

1912