Ağasıbəyli – Vedibasar mahalında kənd adı.
Toponimik izah Ağasıbəyli İrəvan xanlığının Vedibasar mahalında kənd adı. Yerli tələffüz forması Aqaslı. 1828-1832-ci illərdə azərbaycanlı əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1926-cı ildən sonra kənddə yezidi kürdlər və ermənilər məskunlaşmışdır. XX əsrin 40-cı illərində kənd ləğv edilmişdir. Ağasıbəyli kəndin əsasını qoymuş nəslin adıdır. B.Ə.Budaqov,Q.Qeybullayev “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” Bakı,1998, Nafta Press.
Həmçinin bax Vedibasar mahalı Qərbi Azərbaycan
Ədəbiyyat Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992. Qızılbaşlar tarixi, Bakı, 1995.
İstinadlar
Kateqoriya:Vedibasar kəndləri