Hermes 450 uzun məsafələrdə taktiki missiyaları yerinə yetirmək məqsədilə hazırlanmış, orta ölçülü İsrail istehsalı pilotsuz uçuş aparatıdır. Havada 20 saat fasiləsiz uçuş edə bilən bu PUA kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur.

İstifadəçilər 305px|thumb|Hermes 450 istifadəçiləri

Botsvana

: Elbit Systems şirkəti ilə 2012-ci ilin avqust ayında imzalanan müqaviləyə əsasən İsrail Kolumbiyanı Hermes 450 və Hermes 900 PUA-ları ilə təchiz etməlidir. : İki ədəd Hermes 450 PUA 2006-cı ilin sonlarında sifariş verilmiş, 2007-ci ildə təhvil alınmışdır.

: Silahlı Qüvvələrə məxsus PUA-lar Abxaziya üzərində kəşfiyyat məqsədilə istifadə olunur. : Daxili İşlər Orqanları tərəfindən kəşfiyyat məqsədilə istifadə olunur. : 2009-cu ildə satın alınmışdır. : Hərbi Hava Qüvvələrində istifadə olunur. : 2006-cı ildə baş verən Livan müharibəsi zamanı və daha sonra Qəzzə zolağında aktiv şəkildə istifadə olunmuşdur. Bundan başqa, 2014-cü ilin avqustunda İran öz ərazisinə daxil olan Hermes 450 PUA-nı Nətənz nüvə obyekti yaxınlığında vurduğunu açıqlamışdır. : Sərhəd Mühafizəsi qoşunları tərəfindən 2004-cü ildə test edilmişdir.

Keçmiş istifadəçilər : 2014-cü ilin yanvar ayına olan məlumata əsasən Britaniya Hərbi Hava Qüvvələrinə məxsus Hermes 450 PUA-ları İraq və Əfqanıstanda baş tutan əməliyyatlar zamanı 86,000 saatdan çox uçuş həyata keçirmişdir.British Army confident on Watchkeeper service entry - Flightglobal.com, 16 yanvar 2014 2014-cü ilin sentyabr ayının ortalarında Watchkeeper WK450 PUA silahlanmaya qəbul olunduqdan sonra, Britaniya Ordusu Hermes 450-dən istifadə etməmişdir.British Army praises performance of Watchkeeper during debut deployment - Flightglobal.com, 17 noyabr 2014

Xüsusiyyətləri Ümumi göstəriciləri Ekipaj: 0 Faydalı yük: 150 kq Uzunluğu: 6.1 m Qanad açıqlığı: 10.5 m Ümumi çəkisi: 450 kq Güc təminatçısı: 1 × UAV Engines Limited R802/902(W), 39 kVt (52 a.g.) Uçuş keyfiyyətləri Maksimum sürət: 176 km/s Birbaşa məsafə: 300 km Fasiləsiz uçuş: 20 saat Uçuş tavanı: 5,500 m Dırmanma sürəti: 4.6 m/s

Həmçinin bax Pilotsuz uçuş aparatı Elbit Hermes 900 İsrail Silahlı Qüvvələri

İstinadlar

Xarici keçidlər

Hermes 450 Brochure , Elbit Systems Hermes 450 Tactical UAV System , Defense Update Hermes 450, Israeli-weapons.com Border Patrol to deploy unmanned aerial vehicles, USA Today, 17 may 2004 Israel Starts Reexamining Military Missions and Technology, Aviation Week & Space Technology, 20 avqust 2006

Kateqoriya:Pilotsuz uçuş aparatları