Ağın qardaşı qısametrajlı sənədli televiziya filmi rejissor Ruslan Mollayev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film Mədəniyyət televiziyasında istehsal edilmişdir. ilm Azərbaycanın novator teatr rejissoru, "YUĞ" teatrının təsisçisi mərhum Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunur.
Məzmun Film Azərbaycanın novator teatr rejissoru, "YUĞ" teatrının təsisçisi mərhum Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunur.
Vaqif İbrahimoğlu 1989-cu ildən «YUĞ» Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır. 1992-ci ildə «YUĞ» Teatr-Studiyası dövlət statusu almışdır. O, «YUĞ» teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş vermişdi. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı.
Filmin üzərində işləyənlər Ssenarist: Ruslan Mollayev Rejissor: Ruslan Mollayev Operator: Zaur Allahverdiyev, Məmməd Vəliyev, Mirəhməd Eminov, Fərid Ələkbərli, Fərid Şamiloğlu, Emin Əhmədzadə, R.X Prodüser: Əziz Əliyev
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2012-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:2012-ci ilin Azərbaycan filmləri